Icma.az
close
up
RU
“Baku Electronics” və “Kontakhome istehlakçılara fırıldaq gəlib

“Baku Electronics” və “Kontakhome istehlakçılara fırıldaq gəlib

Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.


Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi elektronika və məişət texnikası məhsullarının satış bazarında fəaliyyət göstərən əsas iştirakçılardan “Baku Electronics” MMC ilə “ABC Telecom” MMC (Kontakthome) barəsində ilkin araşdırma aparıb.

Agentlikdən Reyting.az-a verilən məlumata görə, araşdırma nəticəsində “Baku Electronics”in “YOSHİRO” əmtəə nişanlı televizorların, “ABC Telecom”un “HOFFMANN” əmtəə nişanlı yağla işləyən elektrik qızdırıcılarının təqdimatında istehlakçılarda yanlış təsəvvür yaradan və həqiqətə uyğun olmayan məlumatlardan istifadə etdiyi müəyyən olunub.
Bildirilib ki, sözügedən məhsulların mənşəyi, hazırlanma üsulu və texnologiyası barədə istehlakçıları çaşdıran məlumatlar verilməsi, eləcə də mühüm xüsusiyyətləri barədə düzgün olmayan göstəricilərin təqdim edilməsi haqsız rəqabət əlaməti kimi qiymətləndirilib. Eyni zamanda, “YOSHİRO” markalı televizorların reklamlarında da yanlış məlumatların yer aldığı aşkarlanıb.
Qeyd edilən faktlarla bağlı Agentlik hər iki təsərrüfat subyekti barəsində rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırıb. Hazırda bu işlərə baxılma prosesi davam edir. Nəticələrlə bağlı əlavə məlumat veriləcək.
Bildirilib ki, Rəqabət Məcəlləsinin tələblərinə əsasən, məhsulun mənşəyi, hazırlanma üsulu və texnologiyası, istifadə üçün yararlılığı, keyfiyyəti, çəkisi, qiyməti və ya başqa xassələri, habelə təsərrüfat subyekti və ya onun sahibkarlıq fəaliyyətinin xüsusiyyəti barədə müştərini çaşdıra və ya aldada bilən hər hansı məlumatlardan istifadə olunması, məhsulun istehlak xassələri və digər mühüm xüsusiyyətləri barədə həqiqətə uyğun olmayan göstəricilərdən, o cümlədən fərqləndirici nişan, marka və ya işarələrdən istifadə edilməsi və bununla əlaqədar reklamın verilməsi müştəriləri çaşdırmağa, yaxud aldatmağa yönəldilmiş hərəkətlər, haqsız, qeyri-dəqiq və ya gizli reklamdan istifadə etməklə haqsız rəqabətə yol verilməsi isə haqsız rəqabətə səbəb olan qanunsuz hərəkətlər hesab olunur və bu hərəkətlər qadağandır.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:28
embedMənbə:https://reyting.az
archiveBu xəbər 30 İyul 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblilər qırmızıdan keçən “Renault”la toqquşmaqdan son anda xilas oldular VİDEO

01 Noyabr 2025 00:15see195

Üç bürcə MƏSLƏHƏT: Tələsməyin, bəxtiniz gətirəcək

01 Noyabr 2025 21:42see185

Putin İradə Zeynalovaya fövqəladə və səlahiyyətli səfir rütbəsi verib

01 Noyabr 2025 12:50see181

Payız turizmi üçün ən yaxşı şəhərlərin adları açıqlanıb...

31 Oktyabr 2025 21:06see165

Gömrük Komitəsinin vəzifəli şəxsi sahibkara qarşı qanunsuzluq edir? ŞİKAYƏT

01 Noyabr 2025 13:32see147

Beyninizin hansı yarımkürəsi dominantdır? Özünüzü sınayın

01 Noyabr 2025 07:07see138

Nazir Kürdəmirdə sıra baxışı keçirdi, 163 nəfər seçildi Video

01 Noyabr 2025 13:26see138

Yeni sərmayə institutu...

01 Noyabr 2025 10:39see136

Qərbi Azərbaycan Xronikası: Ermənilər dedilər ki, getməlisiniz, bura bizimdir

31 Oktyabr 2025 22:26see133

Tələbələr universiteti məhkəməyə şikayət edə bilər?

01 Noyabr 2025 00:14see132

Rusiyada barmağı keyiyən qadında nadir xəstəlik aşkarlandı

01 Noyabr 2025 07:03see129

Ağ Evin Halloueen bayramı: McDonald s uşaq restoranı interneti sevindirir…

31 Oktyabr 2025 21:35see127

Azərbaycanda turizm çöküb: Dövlət hər il milyonlar itirir

01 Noyabr 2025 18:12see127

Abşeronda bədbəxt hadisə: Gənc 12 ci mərtəbədən yıxıldı

01 Noyabr 2025 22:10see127

Səmalar yenidən türklərin əlinə keçir İsrailli ekspert

01 Noyabr 2025 19:44see126

G7 nin enerji nazirləri açıqlama veriblər...

01 Noyabr 2025 19:58see123

Liqa 1: PSJ yeganə qolla “Nitsa”ya qalib gəlib

01 Noyabr 2025 22:29see123

Spalettinin debüt matçında “Yuventus” “Kremoneze”yə qalib gəlib VİDEO

02 Noyabr 2025 01:53see123

12 manata “monqol əti” Azərbaycan bazarında ayaq açıb yürüyür VİDEO

01 Noyabr 2025 10:51see122

Bu ölkənin qadınları özünə baxmır

02 Noyabr 2025 05:06see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri