“Baku Electronics”in fırıldağı Müştəriyə işlənmiş kondisioneri satıb foto
Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı sakini Mehdi Nuruzadə iyulun 21-də "Koroğlu" metrostansiyası yaxınlığındakı “Bravo” marketin içində yerləşən “Baku Electronics” mağazasından atası Mais Nuriyev Malik oğlunun adına aldığı Yoshiro markalı kondisionerin keyfiyyətsiz çıxdığını iddia edir.
O, məsələ ilə bağlı Bakupost.az-a müraciət edib.
Şikayətçinin sözlərinə görə, kondisioneri divara quraşdırmaq üçün gələn usta cihazıaçaraq içərisinə baxıb və onun işlənmiş hissələrdən yığıldığını bildirib:
“Kondisioneri divara quraşdırmaq üçün gələn usta yanımızda ölçü götürmək üçün kondisionerin şurup qapaqlarını açdı və içərisinə baxdı. Dedi ki, “çox pis vəziyyətdədir, elə bil işlənmiş hissələrdən yığılıb”.
Mehdi Nuruzadə bildirir ki, hadisədən sonra dəfələrlə mağaza ilə əlaqə saxlayıb:
"Hər dəfə deyirlər ki, 100% həll edəcəyik. Amma indiyə qədər heç kim ev ünvanımı belə soruşmayıb.”
O əlavə edib ki, məsələ ilə bağlı “Baku Electronics”in vatsap nömrəsinə yazsa da, cavab ala bilməyib:
“O vaxtdan bəri heç kim nə zəng edir, nə də telefonu götürür. Ya yararsız mal satırlar, ya da malların içini özləri dəyişib müştəriyə təqdim edirlər”.
Məsələ ilə bağlı “Baku Electronics” mağazalar şəbəkəsi ilə əlaqə saxladıq. Şirkətin PR meneceri Nigar Zeynalova Bakupost.az-a açıqlamasında bildirdi ki, sözügedən məsələ ilə bağlı məlumatlıdırlar:
“Hazırda məsələ icraatdadır, tərəfimizdən araşdırılır.”
Lalə,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 29 İyul 2025 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















