Icma.az
close
up
RU
Baku Oksford Məktəbinin qurucusundan məhkəmə qərarına REAKSİYA

Baku Oksford Məktəbinin qurucusundan məhkəmə qərarına REAKSİYA

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı Apellyasiya Məhkəməsi Baku Oksford Məktəbinə dair iddiaya baxıb.
Hakim Faiq Qəniyevin sədrlik etdiyi məhkəmə heyəti Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın Baku Oksford Məktəbində pay sahibi olduğuna dair iddiasını rədd edib.
Eyni zamanda məktəbin təsisçisi Mehriban Məmmədovanın əmlak üzərində mülkiyyət hüququ da tanınmayıb.

Qeyd edək ki, Bakı Oksford Məktəbi 1998-ci ildən fəaliyyət göstərir.
Məktəbin qurucusu Nailə Rzayeva və həyat yoldaşı Tofiq Rzayev, eyni zamanda iş adamı Rasim Məmmədov olub.
Sonralar Bakı Oksford Məktəbi Rzayevlərin əlindən zorla alınıb. Ardınca məktəbə “Baku Steel Company"nin keçmiş rəhbəri, hazırda həbsdə olan iş adamı Rasim Məmmədov və Ramiz Mehdiyevin ailəsi sahiblənib. Məktəbin təsisiçisi kimi sənədlərdə Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədova göstərilib.
Rasim Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs ediləndən sonra Baku Oksford Məktəbi də dövlətin nəfinə müsadirə olunub.
Modern.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsinin son qərarından sonra Bakı Oksford Məktəbinin qurucusu olmuş Nailə Rzayeva sosial şəbəkədə məsələyə münasibət bildirib.
"Mənim və mərhum həyat yoldaşım Tofiq Rzayevin 26 il əmək sərf etdiyi, sonralar isə həyasızcasına mənimsənilmiş Bakı Oksford Məktəbi görünür ki, heç kimə qismət olmayacaq. Çox ümid edirəm ki, dövlətimiz qanunsuz olaraq mənimsənilmiş məktəbi geri alacaq. Təhsil mütəxəssislər tərəfindən aparılmalıdır", - deyə N.Rzayeva qeyd edib.
Bakı Oksford Məktəbində təhsil ingilis dilindədir. Təhsil müddəti 12 ildir. Məktəbdə həm milli, həm də beynəlxalq təhsil standartlarını özündə əks etdirən müasir proqram həyata keçirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Aprel 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri