Icma.az
close
up
RU
Baku Steel Company ixracın inkişafına görə mükafatla təltif edilib FOTO

Baku Steel Company ixracın inkişafına görə mükafatla təltif edilib FOTO

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Qafqazın ən böyük metallurgiya şirkəti olan “Baku Steel Company” QSC (bundan sonra BSC) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən “Özəl sektor üzrə fəal ixracatçı” nominasiyası üzrə mükafata layiq görülüb. Mükafatı Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov və Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov BSC-nin Baş direktoru Kamal İbrahimova təqdim ediblər.

BSC-nin Baş direktoru Kamal İbrahimov öz növbəsində şirkətin fəaliyyətini yüksək qiymətləndirdiyinə görə Dövlət Vergi Xidmətinin timsalında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə təşəkkürünü bildirdi.

BSC-nin 23 ildən artıq uzunmüddətli və dayanıqlı ixracat fəaliyyəti, beynəlxalq standartlara cavab verən keyfiyyətli məhsul istehsalı və xarici bazarlara intensiv çıxışı mükafatın əldə edilməsində həlledici rol oynayıb. Şirkət rəhbərliyi, bu uğurun yalnız BSC-nin deyil, həm də dövlət tərəfindən iqtisadiyyatın inkişafına göstərilən dəstəyin və ixracatın artırılması istiqamətindəki strateji addımların mühüm bir göstəricisi olduğunu qeyd edib. Bildirilib ki, sözügedən mükafat şirkətin gələcək inkişafına stimul olacaq və Azərbaycanın ixrac potensialını metallurgiya sənayesi sahəsində daha da genişləndirməyə sövq edəcək.

Bu nailiyyət, BSC-nin strateji istiqamətlərindən biri kimi, Azərbaycanın metallurgiya sənayesinin ölkənin qeyri-neft sektorunun flaqman sahələrindən birinə çevrilməsidir.

Qeyd etmək lazımdır ki, BSC 2024-cü ildə Azərbaycanın ən iri 50 vergi ödəyicisi sırasına daxil olub. Şirkət ötən il ərzində dövlət büdcəsinə 26,7 milyon manat vergi ödənişləri həyata keçirdib. BSC, Azərbaycanın ən böyük istehsalçılarından biri kimi, yüksək keyfiyyətdə armaturlar, katankalar (polad məftil), kvadrat və dairəvi pəstahlar, tikişsiz borular istehsal edir. Burada, həmçinin şvellerlər, künclüklər, ikitavrlar, kvadrat və dairəvi çubuqlar da hazırlamaq mümkündür. Nəinki Azərbaycanın, bütün regionun tanınmış brendinə çevrilən BSC-nin məhsulları yerli bazarda böyük tələbatla satılmaqla yanaşı, indiyədək Avropa, Afrika, Amerika və Asiyanın, ümumilikdə, 20-dən çox ölkəsinə ixrac olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://apa.az
archiveBu xəbər 18 Fevral 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri