Icma.az
close
up
RU
“Baku Steel Company” və DOST Mərkəzi Şəhid oğlunun başına oyun açıb FOTO

“Baku Steel Company” və DOST Mərkəzi Şəhid oğlunun başına oyun açıb FOTO

Icma.az, Tribuna portalına istinadən məlumat yayır.

2023-cü ildə “Baku Steel Company”də işləyən Tural İbrahimovu şirkət 3 ay sonra, aprel ayında əsassız yerə işdən azad edib. Tribunainfo.az xəbər verir ki, bunu redaksiyamıza Şəhid övladı Tural İbrahimovun özü bildirib.

O deyib ki, şirkətdən işdən çıxarılması ilə bağlı heç bir açıqlama verilməyib. “Mənə “nə olsun ki, atan Şəhiddir”, dedilər. Sonra da ərizə yazdıraraq, öz xoşumla  işdən azad etdilər”.

Qeyd edək ki, 1988-ci il təvəllüdlü Tural İbrahimov Laçın şəhərində anadan olub. Atası, baş Leytenant Zakir İbrahimov 1992-ci ildə Laçın şəhəri uğrunda gedən döyüşlərdə Şəhid olub.

2023-dən bəri işsiz qalan Tural İbrahimovun 6 aylıq körpəsi var. Sosial Müdafiə Fondu onu işsizdir deyə sosial müavinətdən məhrum edib. O bildirib ki, intihar həddində olsa da, körpəsinə görə, səbr edir.

Bildirək ki, Tural İbrahimov 650 bal toplayaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olub. Və Biznesin İdarə Edilməsi (MBA) üzrə magistr təhsili alıb. “Peşəkar fəaliyyətim risk, daxili nəzarət, audit və uyğunluq sahələrini əhatə edir. Müxtəlif maliyyə və sığorta təşkilatlarında çalışaraq əməliyyat risklərinin idarə edilməsi, AML (Anti-Money Laundering) nəzarəti, daxili nəzarət sistemlərinin qurulması və audit proseslərinin icrasında geniş təcrübə əldə etmişəm. Karyeram ərzində Dost Agentliyi, Cahan Sığorta Agentliyi, Bank Respublika, Azərbaycan Sənaye Bankı və digər təşkilatlarda müxtəlif rəhbər vəzifələrdə çalışmışam. İş təcrübəmin əsas istiqamətləri risklərin idarə edilməsi, uyğunluq siyasətlərinin formalaşdırılması, daxili nəzarət və audit sistemlərinin qurulması və tənzimləyici tələblərə uyğun fəaliyyətin təmin edilməsi olub.

Azərbaycan, rus, türk və ingilis dillərində sərbəst danışıram”.

Tural İbrahimov deyib ki, Dost Agentliyində ona “torba” tikiblər. “Əvvəlcə müddətsiz müqavilə bağlayıb, daha sonra onu 6 aylıq etdilər. Ardından yerimi dəyişib işdən çıxardılar. 2021-2023 cü ildə isə audit rəhbəri məni işdən çıxardıqdan bir saat sonra işə dəvət edib şiddət göstərdi”.

Şəhid övladı sonda onu da deyib ki, 2023-cü ildə Dost Agentliyi tərəfindən müqaviləsinə əsassız xitam verildikdən sonra bütün dövlət qurumlarına iş üçün müraciət edib. “Hələ də uyğun bir iş yeri tapa bilməmişəm”.

Dəniz Pənahova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:275
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 01 Mart 2025 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see237

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see208

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see207

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see192

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see192

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see179

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see171

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see167

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see160

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see155

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see152

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see148

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see148

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see148

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see146

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see146

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see145

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see138

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri