Icma.az
close
up
RU
“Sevinc” kubokunun müəllifləri Tofiq Bəhramov, İsmət Qayıbov…

“Sevinc” kubokunun müəllifləri Tofiq Bəhramov, İsmət Qayıbov…

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycan mətbuatında, o cümlədən idman jurnalistikasında dərin iz buraxmış mərhum həmkarım, Əməkdar mədəniyyət işçisi Şakir Yaqubovun qələmə aldığı və futbol adamları tərəfindən rəğbətlə qarşılanmış kitablardan biri belə adlandırılmışdı: “Hakim mərkəzi göstərər...”. Ustad jurnalistin bu kitabı 2000-ci ildə “Hərbi nəşriyyat”da çap olunmuş və Beynəlxalq Futbol Federasiyası hakimlər korpusunun Azərbaycanda ilk səlahiyyətli nümayəndəsi, FİFA-nın “Qızıl fiti”nin sahibi Tofiq Bəhramovun 75 illiyinə həsr edilmişdi.

Müəllif kitabda onu da diqqətə çatdırıb ki, Tofiq müəllim həm də uzun illər ərzində uşaqlar arasında çox sevilən “Sevinc” futbol klubunun prezidenti olmuş və bu yarışların geniş yayılması işinə köməyini əsirgəməmiş, ona öz töhfəsini vermişdir.

Xatirələr işığında bizi ötən əsrin 70–80-ci illərinə qaytaran kitabda verilmiş fotodakı insanlar idman ictimaiyyətimizin yaşlı nəslinə tanışdırlar. Müəllif onları “Sevinc” kuboku respublika yarışlarının keçirilməsinə məsul şəxslər Tofiq Bəhramov (sağdan birinci), Həmid Musayev, Akif Quliyev və İsmət Qayıbov kimi təqdim etmişdir. Foto da yəqin ki, uşaqların həmin sevincli turnirlərindən birində lentə alınıb.

Fotoda Tofiq Bəhramovu, şübhəsiz, dərhal tanıdınız və unudulmaz hakimimiz haqqında əlavə bir söz deməyə ehtiyac yoxdur.

Tofiq müəllimin sağındakı Həmid Musayev o illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsində məsul vəzifədə çalışırdı. Onun yanındakı Akif Quliyev “Azərbaycan pioneri” qəzetinin əməkdaşı idi. Redaksiyaları Mətbuat prospektindəki “Azərbaycan” nəşriyyatının 7-ci mərtəbəsində yerləşirdi. Mənim çalışdığım “İdman” qəzeti isə “Azərbaycan müəllimi” və “Ədəbiyyat və İncəsənət” qəzetləri redaksiyaları ilə birlikdə 9-cu mərtəbədə fəaliyyət göstərirdi. Hərdən nəşriyyatda rastlaşır, hal-əhval tuturduq. “Sevinc”in daha bir məsul şəxsi həmin dörd nəfərin arasında yaşca ən kiçiyi, gələcəkdə respublikanın Baş prokuroru kimi geniş nüfuz qazanacaq İsmət Qayıbovdur. Onları uşaq futboluna böyük qayğı birləşdirirdi.

Təxminən yarım əsrin yadigarı olan foto belə bir qənaətə gəlməyə ciddi əsas verir ki, o uzaq illərdə Azərbaycanda uşaq futbolunun inkişafı diqqət mərkəzində olub. Bunun da nəticəsində “Sevinc” kuboku yarışları paytaxt Bakı ilə yanaşı, respublikanın bütün şəhər və rayonlarında kütləvi hal almışdı. Onların xoşbəxt qalibləri Ümumittifaq “Dəri top” turnirlərində Azərbaycanı təmsil etmək, böyük futbola aparan yolda bacarıqlarını sınaqdan çıxarmaq, püxtələşmək imkanı qazanırdılar. Sonralar Sovet İttifaqı çempionatlarında çıxış edən ustalardan ibarət komandalarımıza dəvət olunan və etimadı tam doğruldan məşhur futbolçuların bir çoxu məhz buna görə “Sevinc” kuboku yarışlarının təşkilatçılarına razılıq hissi ilə minnətdarlıqlarını bildirirdilər.

Belə məşhurlardan biri də “Neftçi”də çıxışlarından yaxşı yadımızda qalmış Çəncə futbolunun yetirməsi Asif Əliyevdir. Əməkdar jurnalist, ömrünün son illərində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) Futbol muzeyinin direktoru vəzifəsində çalışmış Abas Əzimovun 2007-ci ildə flaqmanın 70 illiyi münasibətilə nəşr etdirdiyi “Neftçi”–70” kitabında diqqətimizə çatdırdığı statistik göstəricilərdən məlum olur ki, A.Əliyev 1977–1985-ci illərdə SSRİ çempionatlarının güclülər dəstəsində “Neftçi”nin heyətində 183 oyunda meydana çıxmış və 34 qolun müəllifi olmuşdur.

Bu isə o deməkdir ki, yarımmüdafiəçi orta xətdə öz işini lazımi səviyyədə yerinə yetirməklə yanaşı, komandanın hücum əməliyyatlarında da fəal iştirak etmişdir. İnşallah, artıq astanasında olduğumuz 2026-cı ilin fevral ayında 70 yaşı tamam olacaq SSRİ idman ustasının uzaq məsafələrdən güclü və dəqiq zərbələrini də unutmamışıq.

Asif Əliyevin və daha neçə-neçə məşhur futbolçumuzun “Sevinc” kuboku yarışlarında, məhəllə komandalarının görüşlərində, məktəblilərin rayon, şəhər, respublika spartakiadalarında və digər kütləvi turnirlərdə iştirakı yaxşı bəhrə verən çox faydalı tədbirlər idi.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Dekabr 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see253

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see251

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see236

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see210

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see189

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see178

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see175

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see154

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see148

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see147

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri