Baku TV, Report İA və Qazaxıstanın Xabar Agentliyi memorandum imzalayıb
Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Global Media Group"a daxil olan Baku TV və "Report" İnformasiya Agentliyi Qazaxıstanın ən nüfuzlu informasiya qurumlarından biri - "Xabar" Agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıb. Sənəd 2025-ci il 18 noyabr tarixində Qazaxıstanın Astana şəhərində imzalanıb.
Ölkə.Az xəbər verir ki, memorandumu Baku TV-nin direktoru Ramin Cəfərov, "Report" İnformasiya Agentliyinin baş direktoru Fuad Hüseynəliyev və "Xabar" Agentliyinin İdarə Heyətinin sədri Kəməlbək Oyşıbayev imzalayıblar. Mərasimdə "Global Media Group"un İdarə Heyətinin üzvü Orxan Məmmədov və Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov iştirak ediblər.
Ağalar Atamoğlanov çıxışında bu əməkdaşlığın regionda informasiya əlaqələrinin inkişafına mühüm töhfə verəcəyini vurğulayıb. O bildirib ki, media sahəsində koordinasiyanın güclənməsi Qazaxıstan və Azərbaycan arasında uzun illərdir formalaşmış dostluq münasibətlərinə əlavə dinamizm qatacaq.
Kəməlbək Oyşıbayev çıxışında qeyd edib ki, "Xabar" Agentliyi Azərbaycan media qurumları ilə tərəfdaşlığı strateji əməkdaşlıq xəttinin mühüm tərkib hissəsi kimi görür:
"Birgə fəaliyyətimiz həm xəbərin hazırlanması prosesində yeni texnoloji imkanların paylaşılmasına, həm də informasiya məhsullarının mübadiləsində daha geniş imkanların açılmasına şərait yaradacaq. Bu müqavilə qarşılıqlı etimadın və davamlı əməkdaşlığın göstəricisidir."
"Global Media Group"un İdarə Heyətinin üzvü Orxan Məmmədov çıxışında bildirib ki, Baku TV və "Report" İnformasiya Agentliyinin Qazaxıstanla qurduğu bu əməkdaşlıq Cənubi Qafqaz və Mərkəzi Asiya informasiya məkanında yeni sinerji yaradır:
"Bu tərəfdaşlıq yalnız kontent mübadiləsi deyil, həm də iki ölkənin aparıcı media institutları arasında peşəkar standartların genişlənməsi deməkdir. Qarşılıqlı fəaliyyətin praktik nəticələri yaxın zamanda daha aydın görünəcək."
Memorandum televiziya və informasiya sahəsində birgə layihələrin icrasını, xəbərlərin hazırlanmasında təcrübə mübadiləsini, kontent axınının genişləndirilməsini və yeni media formatlarının inkişafını nəzərdə tutur.
Baku TV-nin regiondakı əməkdaşlıq xətti ötən ay Özbəkistanın "Özbəkistan 24" kanalı ilə imzalanmış memorandumla başlamışdı. Qazaxıstanın "Xabar" Agentliyi ilə əldə olunan yeni razılaşma isə bu istiqamətin davamı olaraq, Mərkəzi Asiyada informasiya əməkdaşlığının daha geniş miqyasda inkişafına xidmət edir.








Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 18 Noyabr 2025 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















