Icma.az
close
up
RU
“BakuBus” nə qədər xanım sürücünü işə GÖTÜRÜB? Rəsmi AÇIQLAMA

“BakuBus” nə qədər xanım sürücünü işə GÖTÜRÜB? Rəsmi AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verildiyi kimi "BakuBus" MMC  qadın sürücülər üçün vakansiya elan edib. Avtobus sürücüsü kimi işləmək istəyən 10 qadın qeyd edilən vakansiya üçün quruma müraciət etmişdi.
Maraqlıdır, hazırda avtobus sürücüsü kimi işləmək istəyən qadınların sayı artıb?
Məsələ ilə bağlı Bizim.Media -ya açıqlama verən "BakuBus" MMC-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Əsmər Əliyeva bildirdi ki , BakuBus MMC fəaliyyətə başladığı gündən etibarən ictimai nəqliyyat sahəsində xidmət keyfiyyətinin artırılması ilə yanaşı gender bərabərliyinin təşviqi və inklüziv iş mühitinin yaradılmasını da daim diqqət mərkəzində saxlayıb.
Ə.Əliyeva qeyd edib ki, vakansiyaya  müraciət edənlərin sayında artım müşahidə olunur:
“Bildiyimiz kimi, Azərbaycanda ictimai nəqliyyatda qadınların sürücü kimi təmsil olunması çox nadir haldır. Lakin, biz BakuBus olaraq inanırıq ki, qadınların bu sahəyə cəlb edilməsi xidmət mədəniyyətinə, təhlükəsizlik səviyyəsinə və cəmiyyətin sosial inkişafına müsbət təsir göstərəcək. Müvafiq vəzifə üzrə əməkhaqqı 1460 AZN məbləğində müəyyən olunub. 15-dən çox xanım namizəd vakansiyaya müraciət edib”.
Əsmər Əliyevanın sözlərinə görə işə qəbul prosesində qadın sürücülər üçün heç bir say məhdudiyyəti qoyulmayıb:
“Mövcud qanunvericiliyin tələblərinə əsasən, namizədlərin D kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır. Artıq bir neçə qadın namizədlə ilkin mərhələ üzrə görüşlər keçirilib. AYNA (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) və BakuBus MMC-nin birgə təşəbbüsü ilə namizədlər “D” kateqoriyalı sürücülük vəsiqəsi əldə etmək məqsədilə müvafiq sürücülük kursuna yönləndiriləcək. Kursu müvəffəqiyyətlə başa vurmuş şəxslər Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən keçirilən nəzəri və praktiki imtahanlarda iştirak edərək sürücülük vəsiqəsi əldə etdikdən sonra, “BakuBus” tərəfindən təşkil olunan praktik təlimlərə cəlb ediləcək və təlimləri uğurla tamamlayan namizədlər şirkətin marşrut xətlərində fəaliyyətə başlayacaqlar”- deyə  Ə.Əliyeva bildirib
Ə.Əliyeva vakansiyanın hələ də aktiv olduğunu vurğulayıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:257
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 İyun 2025 09:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri