BakuBusın sürücülərinin ən az və ən çox nə qədər maaş aldığı məlum oldu
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
"BakuBus" şirkəti Bakı şəhərində ictimai nəqliyyatın əsas operatorlarından biridir və yüksək standartlara uyğun avtobus xidmətləri təqdim edir.
Ölkə.az-ın BAKU.WS-ə istinadən məlumatına görə, şirkət sürücülərinə qarşı qoyulan tələblər, onların iş yükü və peşəkar səviyyələri maaşların formalaşmasına birbaşa təsir göstərir.
Bəs "BakuBus"ın sürücüləri arasında ən az və ən çox maaş nə qədərdir? Bu məqsədlə şirkətə müraciət etdik. "BakuBus"ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Əsmər Əliyeva bildirib ki, sürücülərin əməkhaqları 1200-1500 AZN arasında dəyişir:
"Əmək haqqı sürücünün iş stajına, idarə etdiyi avtobusun ölçülərinə və ümumi fəaliyyət göstəricilərinə görə dəyişir. Bundan əlavə, BakuBus-da uzun muddət çalışan və nümunəvi sürücülər hər ayın sonunda mükafatlandırılır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 15 Yanvar 2025 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















