Icma.az
close
up
RU
Dünyada deputatların ən çox maaş aldığı 10 ölkə Siyahı

Dünyada deputatların ən çox maaş aldığı 10 ölkə Siyahı

Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Parlament üzvlərinin maaşları dünyanın bir çox ölkəsində hər zaman diqqət çəkən məsələlərdən biri olub.
Yeniavaz.com
xəbər verir ki, açıqlanan rəsmi məlumatlara görə, parlament üzvlərinin ən yüksək əməkhaqqı aldığı ölkələr arasında ABŞ, Avstraliya, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri və Kanada kimi ölkələr yer alır.
Qeyd edək ki, parlament üzvlərinin ən yüksək maaş aldığı ilk 10 ölkə aşağıdakı kimi olub:
Birləşmiş Krallıq – İcmalar Palatasının 650 üzvünün illik əməkhaqqı 132 min 800 dollar təşkil edir. Bu məbləğ ölkədə orta illik gəlirdən təxminən üç dəfə çoxdur.
Kolumbiya – Kolumbiya Konqresinin 295 üzvü ildə orta hesabla 139 min 080 dollar qazanır. Bu, ölkə üzrə orta gəlirdən təxminən 10 dəfə çoxdur.
Avstriya – Avstriya Milli Şurasının 183 üzvünün illik əməkhaqqı 144 min 430 dollar göstərilir. Bundan əlavə, deputatların iş xərcləri və əməkdaşlarla bağlı müəyyən ödənişləri də mövcuddur.
İtaliya – İtaliya Deputatlar Palatasının 400 üzvünün illik gəliri 145 min 600 dollar təşkil edir. Bu rəqəm ölkədə orta əməkhaqqından təxminən dörd dəfə çoxdur.
Sinqapur – Sinqapurda 96 parlament üzvünün illik əməkhaqqı 152 min 180 dollar təşkil edir.
Kanada – Kanada İcmalar Palatasının 338 üzvünün illik əməkhaqqı 157 min 980 dollar göstərilir. Bu məbləğ ölkədə orta gəlirdən üç dəfədən çoxdur.
Birləşmiş Ərəb Əmirlikləri – Federal Milli Şuranın 40 üzvünün illik əməkhaqqı 163 min 380 dollar təşkil edir.
Almaniya – Bundestaqın 735 üzvünün illik əməkhaqqı 165 min 110 dollar göstərilir. Bu, orta statistik alman işçisinin gəlirindən təxminən üç dəfə çoxdur.
Avstraliya – Avstraliya parlamentinin üzvləri ildə 172 min 710 dollar əməkhaqqı alırlar. Bundan başqa, deputatların səfər və yaşayış xərcləri ilə bağlı ödənişləri də mövcuddur.
ABŞ – ABŞ Konqresinin 535 üzvünün illik əməkhaqqı 174 min  000 dollar təşkil edir.
Məlumat üçün bildirək ki, Azərbaycanda Milli Məclis deputatlarının maaşları 2026-cı ildə dəyişdirilib.
Yeni qaydalara əsasən, Milli Məclisin deputatının aylıq vəzifə maaşı 9 000 manat (ildə 63 min 530 dollar) təşkil edir. Bu göstərici orta aylıq əmək haqqından təxminən 7,6 dəfə yüksəkdir.
Onu da qeyd edək ki, Azərbaycanda Milli Məclis sədrinin aylıq vəzifə maaşı isə 17 000 manat müəyyən edilib. Sədrin birinci müavini 16 000 manat, sədr müavini 15 000 manat, komitə və komissiya sədrləri 13 000 manat, onların müavinləri isə 11 500 manat aylıq vəzifə maaşı alırlar.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 27 Sentyabr 2026 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see362

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see339

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see282

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see272

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see262

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see252

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see241

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see233

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see231

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see226

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see222

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see220

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see210

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see209

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see201

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see187

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see178

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see170

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see170

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri