Icma.az
close
up
RU
“Balaca şahzadə” əsəri Musiqili Teatrın səhnəsində

“Balaca şahzadə” əsəri Musiqili Teatrın səhnəsində

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 28 dekabr, Fidan Əlizadə, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Yeni İl bayramı münasibətilə fransız yazıçısı Antuan de Sent-Ekzüperinin məşhur “Balaca şahzadə” əsəri nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, yenilənən heyət ilə göstərilən səhnə əsərinə Şaxta baba və Qar qız personajları da daxil olub.

Yazıçı-dramaturq İlqar Fəhminin səhnələşdirdiyi tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı Ruslan Ağababayevdir.

Tamaşanın bərpaçı rejissoru Sevinc Məmmədova, bərpaçı xoreoqrafı Məhəmməd Abdullayev, rejissor assistenti isə Çimnaz Bağırovadır.

Səhnə əsərində əsas obrazı şəhid Telman Kəlbiyevin övladları Elcan Kəlbiyev və Səid Kəlbiyev canlandırıblar. Onlar AZƏRTAC-ın müxbirinə təəssüratlarını bölüşərək söyləyiblər ki, illərin sənətkarları ilə eyni səhnəni paylaşmaq böyük qürur mənbəyi olub.

Qızılgül obrazına həyat verən Nəzrin İsmayılzadə isə qeyd edib ki, təxminən bir ay davam edən hazırlıq prosesi həm maraqlı, həm də yaddaqalan keçib. “Balaca Şahzadənin başqa planetdə yaşayan yaxın dostunu canlandırıram. Dostluq real həyatda da hər kəs üçün çox vacibdir. Arzu edirəm ki, həyatımızda Balaca Şahzadə kimi səmimi və dəyərli dostlarımız çox olsun”, - deyə N. İsmayılzadə əlavə edib.

Əsərin süjet xətti qəhrəmanın müxtəlif planetlərə səyahətləri üzərində qurulub. Əyləncə və macəra dolu tamaşa dostluq, sevgi, səmimiyyət və insan ruhunun saflığı kimi dəyərləri simvolik şəkildə tərənnüm edir.

Səhnə əsərində Əməkdar artistlər İqrar Salamov, Ələkbər Əliyev, aktyorlar İlahə Rüstəmova, Firuzə Cəfərova, Fərid Rzayev, Elçin İmanov, Nuray Məmmədzadə, Nəzrin İsmayılzadə və digər aktyorlar iştirak ediblər.

“Balaca şahzadə” yanvarın 4-dək davam edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Dekabr 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see357

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see350

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see348

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see299

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see298

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see297

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see282

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see281

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see274

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see271

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see238

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see235

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see234

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see232

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see231

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see227

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see224

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see214

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri