Icma.az
close
up
RU
Balakən kanat yolu niyə 7 ildir bağlıdır? FOTO

Balakən kanat yolu niyə 7 ildir bağlıdır? FOTO

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Yüz minlərlə vəsait yatırılan kanat yolu nədən fəaliyyətini dayandırıb?  
Balakəndə 30 hektar ərazini əhatə edən mədəniyyət və istirahət parkının nəinki bölgədə heç ölkəmizdə bənzərinin olmadığı söylənilir. Bu istirahət parkına isə əsas gözəllik verən onun kanat yoludur. Amma kanat yolu 7 ildir ki, fəaliyyətini dayandırıb. Əsl səbəbi isə müəmmalıdır...
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, kanat yolu işlək olsa da, təhlükəsizlik baxımdan istifadə etmək mümkün deyil. Bunun üçün böyük investisiya qoyulmasına ehtiyac olduğu bildirilir. 
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanda ilk kanat yolu 2008-ci ildə Balakəndə istifadəyə verilib. Təxminən 10 ilə yaxın bu kanat yolu, yerli və bölgə sakinlərinə, respublikanın digər bölgələrindən gələn qonaqlara xidmət göstərib. Lakin 7 ilə yaxındır ki, hansısa səbəbdən burada fəaliyyət dayandırılıb.
30 hektara yaxın bir ərazidə mədəniyyət və istirahət parkının salınması Balakən üçün böyük layihələrdən biri idi. Qarşıdakı dağın zirvəsinə kanat yolunun salınması isə bu bölgədə turizm infrasturukturunun inkişafı üçün bir töhfə oldu. 

Layihə böyük olduğu kimi onun maliyyəsi də az olmayıb...

Di gəl ki, kanat yolunu yenidən bərpa etdirib işlək vəziyyətə salmaq illərdir ki, müşkülə çevrilib. Şəhər sakini Sarvan Şibliyev kanat yolunun bərpasını intizarla gözlədiklərini deyib: 
“Azərbaycanda belə gözəl, geniş park demək olar yoxdur. Amma burada yeganə problem kanat yolu məsələsidir. Bir vaxtlar işləyən bu kanata başqa rayonlardan, Bakıdan, hətta xaricdən turistlər minirdilər, Balakən şəhərinin gözəl mənzərəsini seyr edirdilər”. 

Balakən şəhər inzibati dairəsi üzrə nümayəndəliyin müavini İlham Kaltayev isə bildirib ki, kanat yolu işləkdir. Sadəcə uzun illərdir istismar olunduğundan onun ciddi təmirə ehtiyacı var, böyük maliyyə tələb olunur:
“Hazırda işlək vəziyyətdədir. Lakin təhlkəsizlik baxımından müəyyən detalları aşınıb. Həmin detalların alınması üçün külli miqdarda vəsait tələb olunduğu üçün dayandırılıb. Büdcədə isə bu nəzərdə tutulmadığına görə hələlik işləmir”.
İlham Kaltayev məsələnin rayon rəhbərliyinin diqqətində olduğunu, investorlarla danışıqlar aparıldığını da vurğulayıb. 

Ümid edək ki, yüz minlərlə manat vəsaitin yatırıldığı kanat yolunun bərpasına sərmayə yatıracaq investor tapılacaq və Balakənlə yanaşı Şimal-qərb bölgə sakinlərinin kanatdan istifadəsinə yenidən şərait yaradılacaq. 
Xatırladaq ki, kanat yolunun uzunluğu 1 200 metrdir. Altı kabinəli buraz (tros) yolundan saatda 216 nəfər istifadə edə bilər. 







Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://bizim.media
archiveBu xəbər 13 Yanvar 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see258

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see240

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see230

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see228

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see226

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see215

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see210

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see204

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see178

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see169

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see168

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see166

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see161

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see155

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see153

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see151

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see149

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri