Balakəndə avtoyuma məntəqəsində dava İki nəfər həbs edildi
Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Balakən rayonunda yerləşən avtoyuma məntəqəsində işçilər arasında dava olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, obyektdə çalışan F.Omarov və T.Yumuxov həmin gün işə gəlməyən digər iş yoldaşları M.Mustafayevə zəng edərək bunun səbəbini soruşublar.
Həmin şəxslər bütün işin onların üzərinə düşdüyünü bildirərək M.Mustafayevin işə gəlməsini istəyiblər. M.Mustafayev avtoyuma məntəqəsinə gələrkən iş yoldaşları onunla mübahisə etməyə başlayıblar. Daha sonra F.Omarov və T.Yumuxov onu məntəqənin arxasına apararaq orada döyüblər.
Hadisədən xəbər tutan zərərçəkənin valideynləri bu barədə polisə müraciət ediblər. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hər iki şəxs müəyyən edilərək saxlanılıb. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxs inzibati qaydada həbs edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 26 Noyabr 2026 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















