Oğlunun “Real”a keçməsini istəyir
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İngiltərənin “Mançester Siti” klubunun norveçli hücumçusu Erlinq Haalandın atası Alf-İnqe oğlunun “Real Madrid”ə keçməsi üçün əlindən gələni edir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalist Ruben Kanyisares məlumat yayıb.
“Məlumatıma görə, onun müqaviləsində nəzərdə tutulan sərbəstqalma məbləği uzun müddət düşündüyümüzdən xeyli aşağıdır. Söhbət 100-150 milyondan gedir. Atası dəfələrlə “Santyaqo Bernabeu”nun tribunalarında olub və o, heç də ağılsız adam deyil. Oğlunu yönəltmək istədiyi yol “Real”a aparır. Bu, dəqiq məlumatdır. Bununla belə, komandanın hazırkı heyətini nəzərə alsaq, Haalandı orada təsəvvür etmək mənim üçün çətindir”, – jurnalist bildirib.
Qeyd edək ki, Haaland 2025-ci ilin yanvarında “Mançester Siti” ilə müqaviləsinin müddətini 2034-cü ilədək uzadıb.
Baxış sayı:30
Bu xəbər 26 Noyabr 2026 19:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















