Icma.az
close
up
RU
“Balamın yanına gedirəm, qucağıma ala bilmirəm...” Video

“Balamın yanına gedirəm, qucağıma ala bilmirəm...” Video

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Şəkidə qadın doğuşdan sonra ölüb.

“Qafqazinfo”nun məlumatına görə, fevralın 14-də Şəki Regional Perinatal Mərkəzində qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirən 27 yaşlı qadının bir gün sonra halı pisləşib, boğulmadan şikayət edib.

Həkimlərin çoxsaylı xilasetmə cəhdlərinə baxmayaraq, saat 14:15-də onun ölüm faktı qeydə alınıb.

Mərhumun həyat yoldaşı Tural Nəsibov bildirir ki, əməliyyatdan çıxandan sonra hər ikisi sağlam olub: “Həkim məni yanına çağırdı, dedi ki, hər şey əladır. Səhəri gün anam yemək apardı, anamı öpüb-qucaqlayıb yola saldı, dedi yaxşıyam. Anam evə gələn kimi zəng etdilər ki, tez özünü xəstəxanaya çatdır. Anam da mənə zəng vurdu, gedib gördüm ki, ölüb. Yoldaşımı yalandan aparata qoşdular ki, guya ürəyi işləyir, amma qolları qaralmağa başlayırdı. Aparatda gördüm ki, ürəyi döyünmür. Səbəbini soruşanda dedilər, trombdan belə olub. Meyitxanada yardılar, ekspertlər trombdan ölmədiyini söylədilər. Ürəyi də sağlam, başı da sağlam... 3-4 gündür balamın yanına gedirəm, ona yaxınlaşa bilmirəm, yad adamlar kimi kənardan baxıb, çıxıb gəlirəm, qucağıma ala bilmirəm. 3 balamı yetim qoydu. Dəfələrlə dedilər, trombu, qanaxması yoxdur. Qəsdən öldürdülər, bilmirəm neynədilər, hansı iynəni vurdular, 10 dəqiqəyə öldürdülər”.

Səslənən iddialarla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, bunu hüquq-mühafizə orqanları qiymətləndirə bilər.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

Daha ətraflı Baku TV-nin hazırladığı süjetdə:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 18 Fevral 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see355

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see342

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see329

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see323

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see315

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see305

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see296

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see292

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see264

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see249

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see242

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see229

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see225

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see209

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see200

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see198

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see194

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri