Icma.az
close
up
RU
Balamın adı: Cənubdakı soydaşlarımızın bütün haqqları tanınmalıdır

Balamın adı: Cənubdakı soydaşlarımızın bütün haqqları tanınmalıdır

Icma.az bildirir, Adelet.az portalına istinadən.

2021-ci il idi. İran azərbaycanlısı Hüseyin Əmani Nadarlı öz İnstaqram səhifəsində post paylaşaraq, oğlu Oğuza türk adı seçdiyinə görə İranın aidiyyatı qurumları tərəfindən doğum şəhadətnaməsi verilmədiyini bildirdi.


İranın Qeydiyyat Baş İdarəsi bu adın təsdiqlənmiş adlar siyahısında olmadığını bəhanə edərək Oğuza doğum sənədi verməkdən imtina etmişdi. Əslində H.Nadarlının yaydığı bu məlumat ilk bu haqda olan məlumat deyildi. Minlərlə oğuz türkü olan İran vətəndaşının ən böyük probleminə çevrilmiş bir məqam idi. İnsanların ən doğal haqqıdır, dünyaya gətirdiyi övladına özünün istədiyi adı qoyması. Və tarixdə ilk dəfə idi ki, mollaların idarə etdiyi ölkə valideynin övladına qoyduğu adı qəbul etmir, o adın ərəb vəya fars kökənli olmasını tələb edirdi . Bu dünya tarixində biabırçı bir “ilk”dir.
Daha sonra Vahid Purmustafayi və həyat yoldaşı qızlarına “Sevgi” adını seçmək istədikdə Qeydiyyat İdarəsi bu ada icazə verməkdən imtina edib. Rəsmi şəxslər, “Sevgi” adının “icazəsiz” olduğunu bildirərək, valideynlərdən fərqli bir ad seçmələrini tələb ediblər. Amma valideynlər də “pəs” etməyiblər. 5 ay dinəniş göstəriblər və istəklərinə nail olublar.

Belə misallar minlərlədir. Bu fars-molla rejiminin 200 ildir soydaşlarımızın hüquq və haqlarını əzməsinin başqa bir şəklidir.
Nə olsun ki, uşağın doğulduğu gündən ad seçmək hüququ beynəlxalq hüquqda tanınır. Nə olsun ki, BMT-nin Uşaq Hüquqları Konvensiyasının 7-ci maddəsinə görə, hər uşaq doğulandan ad almaq hüququna malikdir. Nə olsun ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi ailənin gizliliyinə və şəxsi azadlığa hörməti vurğulayır ki, bu da uşağa verilən adı əhatə edir. Amma İranda Türk adlarına qarşı tətbiq edilən məhdudiyyətlər həmişə olub. Azərbaycanlıların ümuilikdə bütün insani haqqlarını tapdalamaq İranda adi haldır.
Nəhayət haqqı tapdanmış azərbaycanlılar, ictimai fəallar, hüquq müdafiəçiləri və geniş ictimaiyyət birləşir, etiraz dolu bir kampaniya başladır.

“Balamın Adı” adlı imza kampaniyası İranın qeydiyyat qanunvericiliyində dəyişiklik etməyi tələb edir. Körpələrinə şəxsiyyət vəsiqəsi ala bilməyənlər petisiya hazırlayır. Sosial şəbəkələrdə bu çağırışlar geniş şəkildə paylaşılır, dəstək qazanır və nəhayət etiraz ünvanına çatır. Azərbaycanlıların başlatdıqları "Balamın adı" kampaniyası və bununla bağlı İran Prezidenti Məsud Pezeşkiana ünvanladıqları məktubdan sonra prezident məsələnin araşdırılması ilə bağlı göstəriş verib.

Hazırda prezident 15761 nəfərin imzaladığı petisiyaya cavab olaraq İran Vətəndaşlığın Qeydiyyatı İdarəsinə də göstəriş verib və adlara qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə iş görülməsini istəyib.
Bu əlbəttə ki, son 25 ildə cənubi azərbaycanlıların dirəniş göstərərək uğura nail olduqları ilk hüquqi mübarizələridir. Ümid edirik, bir gün onlar, Azərbaycan dilində nəşriyyatları olar, türk tarixini və ədəbiyyatını əhatə kitablar çıxararlar, Azərbaycan dili məktəb-mədrəsə, universitetlərdə təhsil alarlar.

İrandakı    50 milyondan yuxarı azərbaycanlının öz müqəddəratını təyinetmə hüququ tarixi zərurətdir!
Bəlkə də "Balamın adı" kampaniyasının uğuru İran istibdadının sonunun başlanğıcıdır?


Əntiqə Rəşid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://adalet.az
archiveBu xəbər 12 Avqust 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri