Icma.az
close
up
RU
Balidə Azərbaycan restoranı açan həmyerlimiz: Ən çox yarpaq dolmasına maraq göstərirlər

Balidə Azərbaycan restoranı açan həmyerlimiz: Ən çox yarpaq dolmasına maraq göstərirlər

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

London, 1 avqust, AZƏRTAC

Ölkəmizdən min kilometrlərlə uzaqda, İndoneziyanın məşhur Bali adasında fəaliyyət göstərən ilk Azərbaycan restoranının sahibi Sarvan Qədirov doğma mətbəximizin dadını tropik adaya daşıyıb.

AZƏRTAC-a müsahibəsində o bildirib ki, “Kasaba” adlı restoran həm yerli sakinlər, həm də turistlər tərəfindən böyük maraqla qarşılanır. Ən çox sifariş edilən yeməklər arasında yarpaq dolması, plov növləri və kabablar xüsusi yer tutur.

– Sarvan bəy, əvvəlcə sizi yaxından tanıyaq. Azərbaycanda harada yaşamısınız, nə işlə məşğul olmusunuz?

– Mən Bakıda doğulub böyümüşəm. Uşaqlıqdan yaradıcı sahələrə marağım olub. İlk illərdə reklam, dizayn, fotoqrafiya kimi müxtəlif sahələrdə çalışmışam. Həmişə yenilik yaratmaq və insanlara fərqli təcrübələr bəxş etmək istəmişəm.

– Baliyə köçmək ideyası necə yarandı? Bu qərar bir anda verildi, yoxsa uzun müddət düşünülmüş bir plan idi?

– Sözsüz ki, bu qərar bir anda verilmədi. Amma Bali ilə ilk tanışlığımız o qədər doğma oldu ki, burada yaşayacağımı dərhal hiss etdim. Uzun müddət axtardığım daxili rahatlığı burada tapdım. Artıq Bali ilə beşillik münasibətimiz var.

– Bura köçəndə restoran açmaq niyyətində idiniz, yoxsa bu ideya sonradan formalaşdı?

– Əvvəlcə məqsədim sadəcə yaşamaq idi. Zamanla burada Azərbaycan mətbəxini tanıyan və sevən insanlar olduğunu gördüm. Bu boşluğu hiss edərək həm ölkəmi tanıtmaq, həm də vətənin dadını uzaqlarda yaşatmaq məqsədilə restoran açmaq qərarına gəldim.

– Bu layihəni tək həyata keçirdiniz, yoxsa partnyorunuz da var?

– Layihəyə dostum Ələkbərlə birgə başladıq. İşin həcmi artdıqca bizə dəstək olan insanlar da oldu, xüsusilə həyat yoldaşım Nazilə. Ələkbərlə uzun illər dostluğumuz var. O həm gurmandır, həm də bacarıqlı proqramçıdır. Birlikdə fərqli ideyalar üzərində düşünərək “Kasaba”nı yaratdıq.

– Restoranın adı “Kasaba”dır. Bu adın xüsusi mənası varmı?

– “Kasaba” türk dilində “balaca şəhər” və ya “qəsəbə” deməkdir. İstədik ki, bu ad həm doğmalığı, həm də qlobal anlamı əks etdirsin. “Kasaba” sadəliyi və özünəməxsusluğu ifadə edən bir addır.

– Restoran haqqında ətraflı məlumat verə bilərsinizmi? Konsepti, fəaliyyət tarixi, komanda üzvləri barədə nə deyə bilərsiniz?

– “Kasaba” Bali adasında fəaliyyət göstərən ilk Azərbaycan mətbəxi restoranıdır. Konseptimiz ənənəvi yeməkləri orqanik və yerli məhsullarla təqdim etməkdir. Restoran 2023-cü ildən fəaliyyət göstərir. Komandamız yalnız indoneziyalılardan ibarətdir. Bu nəticəyə çatmaq üçün çox vaxt və əmək sərf etmişik.

– Menyunu tərtib edərkən əsas hansı meyarlara əsaslandınız?

– Əsas məqsəd doğma dadları qorumaq idi. Eyni zamanda, həm yerli, həm də xarici qonaqların damaq zövqünü nəzərə almağa çalışdıq. Menyuda klassik Azərbaycan yeməkləri yer alsa da, təqdimatda modern yanaşmalara üstünlük verdik.

– Hazırda menyuda hansı yeməklər var? Bu yeməkləri Balidə hazırlamaq nə dərəcədə mümkündür?

– Menyumuzda kükü, dolma, yarpaq dolması, səbzi plov, üç bacı dolması kimi yeməklər var. Bəzən bəzi ərzaqları tapmaq çətin olur, lakin yerli bazarları və idxal imkanlarını araşdıraraq orijinal ləzzəti qorumağa çalışırıq. Şefimizin təcrübəsi və seçilən məhsullar sayəsində dad fərqi demək olar ki, hiss olunmur.

– İstifadə etdiyiniz ərzaqlar barədə danışardınız. Ədviyyatlar və bəzi inqrediyentləri Azərbaycandan gətirirsinizmi?

– Bəli, zəfəran, çay, kəklikotu, sumaq kimi bəzi spesifik ədviyyatlar Azərbaycandan gətirilir. Təzə məhsulları isə Balidəki orqanik fermer bazarlarından əldə edirik. Beləliklə, həm yerli, həm də milli dəyərləri birləşdiririk.

– Restoranın əsas müştəriləri kimlərdir?

– Əsas auditoriyamız xarici turistlər və gurme yeməklərə maraq göstərən yerli sakinlərdir. Eyni zamanda, Azərbaycandan gələn qonaqlar da olur və onlar üçün “Kasaba” bir növ nostalji məkandır. Mətbəximizi tanıtmaqdan böyük həzz alırıq.

– Xarici qonaqların ən çox maraq göstərdiyi yeməklər hansılardır?

– Ən çox maraq doğuran yeməklər yarpaq dolması, plovlar və kabablardır. Bəziləri deyir: “Bu dad həm tanış, həm də fərqlidir - nostalji ilə ekzotikanın qarışığıdır”. Bu fikirlər bizi çox sevindirir.

– Azərbaycandan gələn müştərilər restoran haqqında nə deyirlər?

– Ən çox eşitdiyimiz ifadə: “Ev yeməyinin dadı gəldi”. İnsanları vətəndən uzaqda tanış ləzzətlərlə sevindirmək mənim üçün böyük motivasiyadır.

– Bali kimi uzaq bir yerdə restoran biznesi qurmaq sizin üçün nə dərəcədə çətin oldu?

– Çətinliklər kifayət qədər oldu. Dil baryeri, mədəniyyət fərqləri, icazələr, logistika və sair. Amma istəyimiz və inamımız bu çətinlikləri aşmağımıza yardımçı oldu. Əsas olan düzgün niyyət və səbirdir.

– Bali sizin üçün nə deməkdir? Burada yaşamaq sizə nə hiss etdirir?

– Bali mənim üçün sakitlik, ilham və daxili balans deməkdir. Təbii gözəllikləri, mədəniyyəti və insanlarının səmimiyyəti xoş enerji bəxş edir. Burada yaşamaq həyat ritmimi daha dərinləşdirdi.

– Biznes mühiti necədir? Rəsmi prosedurlar və yerli bazarda fəaliyyət hansı çətinliklərlə müşayiət olunur?

– Bürokratik proseslər elə də çətin deyil, sadəcə, uyğunlaşma vaxt tələb edir. Yerli məsləhətçilərlə işləmək və adət-ənənələrə hörmətlə yanaşmaq çox önəmlidir. Dost münasibət qurulduqdan sonra çətinliklər öz-özünə həll olunur.

– Bali nisbətən münasib qiymətləri ilə tanınır. Bu, restoran biznesinizə necə təsir edir?

– Doğrudur. Əməkhaqqı, icarə və bəzi məhsullar daha münasibdir. Bu da bizə keyfiyyətli yeməkləri daha sərfəli qiymətlərlə təqdim etməyə şərait yaradır. Amma bəzi məhsullar Bakıya nisbətən burada daha bahadır.

– Menyudakı bəzi yeməklərin qiymətləri barədə də oxucularımıza məlumat verə bilərsinizmi?

– Əlbəttə. Məsələn, yarpaq dolması 7 dollar, səbzi plov 7 dollar, üç bacı dolması isə 8 dollardır. Bu qiymətlər həm yerli bazara uyğundur, həm də təqdim etdiyimiz keyfiyyətə dəyər verir.

– Gələcək planlarınız barədə nə deyə bilərsiniz? “Kasaba”nı genişləndirmək və ya başqa sahələrdə fəaliyyət göstərmək niyyətiniz varmı?

– Əsas hədəfimiz “Kasaba”nı daha geniş kütləyə tanıtmaq və gələcəkdə digər şəhərlərdə də filiallar açmaqdır. Uzunmüddətli planımız Azərbaycan mədəniyyətini tanıdan layihələrə imza atmaqdır. Məsələn, sənət, musiqi və turizm sahəsində. Vətənlə əlaqəni kəsmədən onu dünyada daha çox tanıtmaq istəyirik.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Avqust 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see166

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see165

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see129

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri