Icma.az
close
up
RU
“Balıqçılıq sahəsi inhisarçıların əlindədir” Xəzəri “yeyən”lər kimlərdir? Yeni Çağ Media

“Balıqçılıq sahəsi inhisarçıların əlindədir” Xəzəri “yeyən”lər kimlərdir? Yeni Çağ Media

Yenicag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda balıq istehsalı azalıb. Bazarlarda ümumiyyətlə çay və dəniz balıqları qəhətə çəkilib. Yalnız süni göllərdə yetişdirilən balıqlar bazarları zəbt edib ki, bunun da keyfiyyəti sual altındadır.

Mövzu ilə bağlı Sitat.info-ya danışan keçmiş “Azərbalıq” Dövlət Konserninin sədri Hafiz Hacıyev də vəziyyətin ürəkaçan olmadığını bildirib.

Onun sözlərinə görə, hazırda bu sahə müəyyən qrupların əlindədir: “Bu gün Azərbaycanda balıqçılığın bu vəziyyətdə olması həqiqətən ürək ağrıdır. Ona görə ki, Azərbaycanın həm Xəzəri, həm də daxili şirin suları var. Bu gün bir çox sahələr kimi, bu sahə də müəyyən qrupların əlindədir. Onlar da özləri hansı formada istəsələr, o formada idarə edirlər. Məsələn, görürsünüz ki, asetrin balığının kiloqramı 70-80 manata qalxdı. Amma, bu mənim işlədiyim dövrdə hardasa 7-8 manatdan yuxarı deyildi. Bu bu qiymətə saxlamaq mümkün idi”.

H.Hacıyev balıqçılıq sahəsində buraxılan əsas səhvləri də açıqlayıb. Onun sözlərinə görə balıq istehsalı çoxdur, büdcəyə gələn gəlir isə azdır: “Birincisi, dəniz özəlləşdirilməməlidir. Bu, Azərbaycandakı balıqçılığa böyük zərbə vurdu. İkincisi də, Xəzərdə olan kilkə ilə balıq unu istehsal edilirdi və Azərbaycanda quşçuluq fabrikləri təmin olunurdu. Azərbaycanda balıqçılığın inkişafı üçün elə imkanlar var ki, dövlət büdcəsinə hər il milyonlarla manat pul köçürmək olar. Mən sizi əmin edirəm ki, ilin beş-altı ayını dövlət büdcəsini elə balıqçılıqdan gələn pulun hesabına saxlamaq olar. Ancaq bu sahə inhisarçıların əlindədir. Burada böyük imkanlar var. Təzə təsərrüfat sahələri yaratmaq mümkündür. Əlavə olaraq, toplanan balığın eyni qiymətlə satılması mümkündür”.

H.Hacıyev qara kürü məsələsinə də toxunub: “Vaxtilə 55 ton qara kürü istehsal edən bir dövlət artıq 3-4 ton qara kürü istehsalını əldə edə bilmir. Biz deyirik ki, millətimiz dolansın. Xatırlayıram ki, o zaman xüsusi mağazalar açmışdıq və bir adama asetrin 2-3 kiloqramdan artıq satılmırdı, alverçilərin əlinə düşüb qiymətinin bahalaşmasına imkan vermirdik. Bu gün də bunu etmək mümkündür və daha böyük imkanlar var”.

Müsahibimiz qeyd edir ki, hazırda süni göllərdə yetişdirilən bəzi balıqlar var ki, yeyilməsi məsləhət görülmür: “Fəaliyyəti dayandırılan neft quyuları gölməçələrə çevrilərək oraya balıq kürüləri tökürlür. Vaxtilə Neftçala, Salyan ərazisində 3750 hektarda nohur balıqçılıq təsərrüfatı var idi. Ora Xəzərin və Kürün suyundan vurulurdu, çox da keyfiyyətli balıq yetişdirilirdi. İndiki süni gölməçələrdə yetişdirilən balıqlar sağlamlığa ziyandır. Balığın yemlənməsi hər cür zir-zibildən istifadə olunur, neftlə çirklənmiş sularda saxlanılır. Halbuki suyu təmiz, qaydasında olmalıdır. Mingəçevir və ya Kür balığı hara, gölməçə balığı hara…”

Hafiz Hacıyev bu sahəyə rəhbərlik etdiyi dövrün istehsal göstəricilərindən də danışıb: “Statistikaya əsasən 650 ton asetrin, sivryuqa balığı istehsal etmişdik. Onun 250 tonunun Türkiyənin Urfa şəhərində bir şirkətə, kiloqramı 4.5 dollardan satmışıq.
Hardasa 3800 ton da nohur balıqları, sazan, kar, tolstolobik, daxili sulardan və göllərdən yığılan balıqlar idi. Amma 650 ton asetrin balığını biz xaricə satmışıq. O cümlədən də çıxan balıqdan 100 tondan çoxu daxili bazara, qalanı isə xaricə satılaraq dövlət büdcəsinə milyonlarla pul gətirmişdik”.

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 27 Noyabr 2024 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see192

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see190

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see160

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see158

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see155

QDF Xocalıda tut bağının salınmasına vəsait ayırıb

22 Oktyabr 2025 17:08see150

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see141

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see135

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see130

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see130

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see129

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see128

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see128

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see127

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see126

Bürcündən məhrum uşaqlar...

22 Oktyabr 2025 14:41see126

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see126

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see125

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri