Icma.az
close
up
RU
Türkiyəli nazir müavini: Azərbaycanla rəqəmsallaşma və sosial dövlət sahəsində çiyin çiyinə irəliləməkdə davam edirik

Türkiyəli nazir müavini: Azərbaycanla rəqəmsallaşma və sosial dövlət sahəsində çiyin çiyinə irəliləməkdə davam edirik

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 24 oktyabr, AZƏRTAC

"Bir millət, iki dövlət" anlayışını hər sahədə olduğu kimi rəqəmsallaşma və sosial dövlət sahəsində də tətbiq edir və Azərbaycanla çiyin-çiyinə irəliləməkdə davam edirik.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini Ahmet Aydın Bakıda DOST Agentliyinin təşkilatçılığı ilə “SOCGOV 2025: Süni intellekt - insan və transformasiya üçün” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, bu gün rəqəmsallaşma təkcə texnoloji transformasiya deyil, həm də sosial ədalətin, şəffaflığın və vətəndaş məmnuniyyətinin təminatıdır. Həmin məqsədlə Türkiyə rəqəmsal dövlət xidmətlərinə əhəmiyyətli investisiyalar qoyub: "Qürurla deyə bilərəm ki, BMT-nin 2024-cü il elektron hökumət inkişaf indeksinə görə Türkiyə 193 ölkə arasında 27-ci yerə yüksəlib. Bundan əlavə, Avropa Komissiyasının 2024-cü il elektron hökumət etalon hesabatında Türkiyə Avropanın ən yaxşı rəqəmsal xidmət göstərən 10 dövləti arasında yer alıb. Bu nailiyyətlər texnologiyaları və insanları birləşdirən rəqəmsallaşmanı sosial fayda üçün istifadə edən siyasətimizin nəticəsidir. Lakin rəqəmsallaşma prosesində texnologiyaya bəşəriyyətə xidmət edən bir vasitə kimi baxmalı və insani dəyərlərə üstünlük verməliyik. Bu konfransın əsas mövzusu insan üçün süni intellekt və transformasiyadır. Bu baxımdan bir daha vurğulayırıq ki, insan hər şeyin başlanğıcıdır və hər şey insanlıq üçündür. Hər şeyin insan üçün olduğunu iddia etsək də, dünyanın bir çox yerində insanlıq faciələri ilə üzləşirik".

Ahmet Aydının sözlərinə görə, rəqəmsal transformasiya təkcə xidmət göstərilməsini deyil, həm də qərar qəbuletmə proseslərini yenidən formalaşdırır: "Türkiyə olaraq, süni intellekti rəqəmsal dövlət infrastrukturumuza inteqrasiya etməklə sosial siyasətimizdə daha proaktiv, əhatəli və effektiv həllər istehsal edirik. Həmin transformasiyada dost, qardaş ölkə olan Azərbaycan və bütün dünya ilə birlikdə addımlamağa davam edəcəyik".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Oktyabr 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri