Balıqçılıq subyektlərində epizootoloji monitorinqlər keçiriləcək
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 1 sentyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və aidiyyəti qurumların mütəxəssislərinin iştirakı ilə oktyabrın 6-11-də balıqların infeksion və invazion xəstəliklərinə dair epizootoloji vəziyyətinin qiymətləndirilməsi məqsədilə 16 balıqçılıq subyektində monitorinq keçiriləcək.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, monitorinq çərçivəsində balıqların həssas olduqları xüsusi təhlükəli xəstəliklər üzrə klinik müşahidələr aparılacaq, laborator müayinələr üçün diaqnostik nümunələr götürüləcək, təsərrüfatlara ümumi baxış keçirməklə, maarifləndirmə-təbliğat tədbirləri görüləcək, epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək.
Əldə olunan məlumatlar “Epicollect 5” proqramına daxil ediləcək.
Tədbirlər zamanı götürülmüş nümunələrin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələri aparılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 01 Sentyabr 2025 15:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















