Balıqdan daha çox Omega 3: Həm ucuz, həm də möcüzəvi bitki pərpətöyün
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Omega-3 yağ turşuları deyəndə ağlımıza ilk olaraq somon və ya digər yağlı balıqlar gəlir. Lakin elm dünyası sübut edib ki, bitki dünyasında balıqla rəqabət apara biləcək, hətta bəzi xüsusiyyətlərinə görə onu üstələyən bir "funksional qida" var: Semizotu (pərpətöyün).
Milli.Az xəbər verir ki, balıq sevməyənlər və ya vegan qidalananlar üçün bu yaşıl bitki əsl tapıntıdır.
Omega-3 mənbəyi: Pərpətöyün alfa-linolenik asit (ALA) baxımından çox zəngindir. Bu yağ turşusu orqanizmdəki iltihabi prosesləri azaldır, ürək-damar sistemini qoruyur və beyin funksiyalarını birbaşa dəstəkləyir.
Yüksək lif tərkibi sayəsində sindirim sistemini tənzimləyir. Bağırsaqlardakı faydalı bakteriyaları qidalandıraraq immuniteti gücləndirir və ruh halına müsbət təsir edir.
Tərkibindəki C və E vitaminləri, beta-karoten sayəsində hüceyrələri zərərli sərbəst radikallardan qoruyur, qocalma prosesini yavaşladır.
Potasyum, kalsium, dəmir və maqneziumla zəngindir. Xüsusilə yay aylarında tərləmə nəticəsində itirdiyimiz mineralları bərpa etmək üçün ən ideal seçimdir.
Niyə pərpətöyün yeməlisiniz?
Pərpətöyünün ən böyük üstünlüklərindən biri həm çox əlçatan (ucuz), həm də aşağı kalorili olmasıdır. Salatlarda, qatıqlı qarışımlarda və ya yüngül yeməklərdə istifadə edərək bu möcüzəvi bitkini gündəlik rasionunuza asanlıqla daxil edə bilərsiniz.
Milli.Az-da yayımlanan sağlamlıq məlumatları yalnız məlumat xarakterlidir və həkim məsləhətini əvəz etmir. Diaqnoz və müalicə üçün mütləq həkiminizə müraciət edin.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:194
Bu xəbər 19 İyun 2026 00:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















