Icma.az
close
up
RU
Ballıcanın acı taleyi sona yetir

Ballıcanın acı taleyi sona yetir

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Övladlarının dönüşü kəndi xoş günlərinə qaytarır

Xocalı rayonunun Ballıca kəndi yanvar ayının son günündə növbəti dəfə bayram əhval-ruhiyyəsinə qərq oldu. Burada daimi məskunlaşmış sakinlər kənd meydanına toplaşaraq sonsuz sevinc və iftixar hissi ilə yeni gələn həmkəndlilərini, qohum-əqrəbalarını qarşıladılar.

Şanlı qələbələrimizin memarı, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, daha 94 nəfər keçmiş məcburi köçkünün doğma yurd həsrətinə son qoyuldu, daha 22 evin işıqları yandırıldı, ocaqları qalandı. Bundan sonra 31 yanvar tarixi həmin insanların yaddaşında əbədi olaraq Qarabağ nisgilinin bitdiyi gün - doğma yurda qayıdış günü kimi həkk olunacaq.

Beləliklə də, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində yenidən qurulan Ballıca kəndinə köçən ailələrin sayı 90-a çatdı, 467 nəfər Xocalı sakininin yeni evlərində yeni, xoşbəxt günlərinin təməli atıldı...

Daimi məskunlaşmaq üçün Ballıcaya köçən sakinlərin qarşılanması və açarların təqdimatı mərasimində kənd əhalisi ilə yanaşı, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak etdilər. Mərasimdə çıxış edən Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Telman Kərimli ballıcalıları təbrik etdi, onlara gözaydınlığı verdi.

Bildirdi ki, dövlətimiz bundan sonra da öz yurdlarına qayıtmış sakinlərin yanında olacaq, onların bütün qayğıları, o cümlədən məşğulluq məsələləri daim diqqətdə saxlanılacaq. T.Kərimli, həmçinin diqqətə çatdırdı ki, Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarına köç prosesi mərhələli şəkildə davam edirilicək.

Daha sonra evlərin açarları öz sahiblərinə təqdim edildi, rəsmi olaraq məcburi köçkünlük həyatına vida edən ballıcalılar yeni evlərində yerləşməyə başladılar. Sevincləri köç həyəcanına qarışmış sakinlər xoş təəssüratlarını “Xalq qəzeti” ilə bölüşdülər. Şəhid qardaşı, Birinci Qarabağ müharibəsinin iştirakçısı Nofəl Rzayev bildirdi ki, bu gün şəhidlərimizin də ruhlarının şad olduğu gündür:

– Allaha şükürlər olsun, arzularımız gerçək oldu! Bu gün Qarabağımıza sönmüş çıraqlarımızı yenidən yandırmağa qayıtmışıq. Ailəm də, özüm də bu müqəddəs torpaqlara döndüyümüz üçün sonsuz sevinc içindəyik. Allah Vətən uğrunda canlarından keçmiş bütün şəhidlərimizə rəhmət eləsin! Onların ruhları şaddır, şəhid qardaşımın da ruhu hüzura qovuşub. Çünki ordumuz şəhidlərimizin qısasını alıb və biz geri qayıdaraq uğrunda qanlar tökülmüş dədə-baba torpaqlarımıza sahib çıxırıq.

Sevinc Əhmədova:

– Vətənimizə qayıtdığımız üçün çox xoşbəxtəm. Arzu edirəm ki, bütün keçmiş məcburi köçkünlərin hamısı tezliklə öz yurdlarına dönsünlər, bizim yaşadığımız sevinci yaşasınlar. Gələndə yolboyu görülən işlərə baxdıqca ürəyim dağa döndü, inandım ki, həmin gün çox yaxındır. Fürsətdən istifadə edib bizə belə tarixi günləri yaşadan möhtərəm Prezidentimizə Allahdan cansağlığı, uzun ömür diləyirəm. O, bizim əbədi Preidentimizdir!

Habil Əkbərov:

– Mən Ballıca kəndində doğulmuşam, uşqalığım bu gözəl yerlərdə keçib. Məktəbə də burada getmişəm. 16 yaşımda erməni separatçılarının vəhşiliklərinin qurbanın çevrilərək doğma yurdumdan didərgin düşdüm. Prezidentimizin, rəşadətli ordumuzun sayəsində 32 ildən sonra ilk dəfə doğma kəndimə gələndə sevincdən göz yaşlarımı saxlaya bilmədim, keçmiş günlər yadıma düşdü. Elə bil Ballıca da bizim üçün darıxmışdı (kövrəlir, gözləri dolur – M.R.). Çox dəyişib buralar. Qalib xalqın qalib övladı kimi doğma yurduma döndüyüm üçün çox qürurluyam. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin! Allah Prezidentimizi qorusun!

Hamlet Nəsibov:

– Birinci Qarabağ müharibəsinin ağrı-acılarını görmüş, uzun illər boyu Vətən həsrəti çəkmiş biri üçün bugünkü sevinci sözlə ifadə etmək asan deyil. Biz hər zaman cənab Prezidentimizə inanmışıq. İnanmışıq ki, müzəffər Ali Baş Komandanımız bizi öz torpaqlarımıza qaytaracaq. O gün gəldi! Bu gündən etibarən doğma yurdun havası ilə nəfəs alacağıq, dağlarımızın buz bulaqlarının suyunu içəcəyik. Bu xoşbəxt günləri yaşamağımızda zəhməti olan hər kəsə minnətdaram! Allaha şükürlər olsun!

Qeyd edək ki, dördüncü dəfədir yeni sakinlərinə qucaq açan Ballıca kəndində fərdi yaşayış evləri bərpa edilib. Burada keçmiş məcburi köçkünlərin rahat yaşamaları üçün hər cür şərait yaradılıb. Kənd fasiləsiz elektirik enerjisi, təbii qaz, icməli su və yüksəksürətli internet xətti ilə təmin olunub, kəndarası yolların təmiri və asfaltlanması işləri davam etdirilir. Ballıcada daha əvvəl məskunlaşmış sakinlər dövlətin qayğısı ilə əhatə olunublar, onların məşğulluq məsələsi də mərhələ-mərhələ həll edilir. Bir sözlə, yenidən sakinlərinə, əsl sahiblərinə qovuşan Ballıca öz xoşbəxt günlərinə geri dönür.

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Xocalı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Fevral 2025 03:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see439

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see309

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see287

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see259

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see237

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see229

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see229

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see228

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see225

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see215

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see207

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see200

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see198

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see197

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see197

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see190

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see190

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see189

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see188

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri