Icma.az
close
up
RU
Malıbəyli qətliamından 33 il ötür FOTOLAR

Malıbəyli qətliamından 33 il ötür FOTOLAR

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

33 il əvvəl, 1992-ci ilin 11 fevral tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Malıbəyli kəndi bu gün azaddır.

"Cebheinfo.az" xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı bu faciə ilə bağlı təsirli bir paylaşım edib.

O yazır:

“Qarabağ müharibəsi zamanı erməni vəhşilikləri ilə ən çox üzləşmiş kəndlərimizdən biri olub Malıbəyli. Qonşuluğundakı Yuxarı və Aşağı Quşçular kəndləri ilə birlikdə erməni silahlı dəstələrinin əsas hədəfinə çevrilib. Heç yerdən yardım gəlmədiyini görən 4 minə yaxın kənd sakini doğma torpağını özü qoruyub. Mühasirədə olan kəndin xarici aləmlə yalnız helikopter vasitəsilə əlaqəsi olub. 1992-ci il yanvarın 28-də Şuşa səmasında helikopterin vurulmasından sonra isə yeganə əlaqə vasitəsi də kəsilib. 

Beləliklə, Malıbəyli kəndi tam blokadaya düşüb. 33 il öncə ermənilər tərəfindən bu kənddə qətliam törədilib. Kəndin müdafiəsi zamanı xeyli adam yaralanıb, 50-yə yaxın günahsız insan qətlə yetirilib. İndi, 33 ildən sonra isə həmin tarix Malıbəyli kəndinin özündə xatırlanır, Malıbəylidə yad edilir. 

Azərbaycanın işğaldan azad olunmuş bütün əraziləri kimi bu gün Xocalı rayonunun Malıbəyli kəndində də geniş bərpa-quruculuq işləri həyata keçirilir. Kəndin ərazisində təmizlik-abadlıq işləri davam etdirilir. Fərdi evlər və çoxmənzilli binalarla yanaşı kəndin infrastrukturu da yenidən qurulur, qaz xətləri çəkilir.

Qeyd edək ki, 19–20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş lokal antiterror əməliyyatları zamanı kənd Azərbaycanın nəzarətinə keçib. Əvvəllər Şuşa rayonuna daxil olan kənd 5 dekabr 2023-cü ildə Xocalı rayonunun tərkibinə daxil edilib.

Malıbəyli kəndi Qarqarçayın sahilində, Şuşa şəhərindən 15 kilometr cənubda, dağətəyi ərazidə yerləşir. Xankəndi şəhərinin isə lap yaxınındadır, cəmi 2,5 kilometr məsafə ayırır”.

“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Fevral 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see274

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see241

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see239

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see225

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see220

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see220

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see216

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see208

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see208

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see205

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see203

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see200

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see197

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see197

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see196

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see193

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see192

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see179

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see167

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri