Baltik dənizindən keçən sualtı elektrik xətti sıradan çıxdı
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Polşa və İsveçin enerji sistemlərini birləşdirən sualtı elektrik xəttinin işi texniki nasazlıq səbəbindən müvəqqəti olaraq dayanıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Polşa Elektrik Şəbəkələri" şirkəti məlumat verib.
"Aşkarlanmış nasazlıq səbəbindən Polşa-İsveç elektrik xəttinin işi müvəqqəti olaraq dayandırılıb. İlkin qiymətləndirməyə görə, bu hadisə heç bir "təxribatın" nəticəsi deyil", - bəyanatda deyilir.
Qeyd olunub ki, sistemdə fasilə fevralın 11-də yaranıb. Xəttin işə qoşulmasının 13-14 fevral tarixləri arasında gecə saatlarında başa çatdırılması gözlənilir.
Uzunluğu 200 km-dən çox olan "SwePol Link" yüksəkgərginlikli kabeli Baltik dənizinin dibi boyunca uzanır. Bu infrastruktur Polşanın Slupsk şəhəri yaxınlığındakı yarımstansiya ilə İsveçin Karlshamn şəhəri yaxınlığında yerləşən elektrik stansiyası arasında enerji bağlantısı təmin edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 13 Fevral 2026 22:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















