Icma.az
close
up
RU
BAMF İsveçrə Parlamentinin Aşağı Palatasının qətnaməsi ilə əlaqədar bəyanat yayıb AZƏRTAC

BAMF İsveçrə Parlamentinin Aşağı Palatasının qətnaməsi ilə əlaqədar bəyanat yayıb AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 19 dekabr, AZƏRTAC

Dekabrın 17-də İsveçrə Parlamentinin Aşağı Palatası “Dağlıq Qarabağ: Sülh forumu” adlı qətnamə qəbul edib. Reallıqların təhrif olunduğu qətnamənin mətni ölkə ictimaiyyəti içində ciddi narazılığa səbəb olub. Məsələyə biganə qalmayan Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) qətnaməyə dair bəyanat verib.

AZƏRTAC həmin bəyanatın mətnini təqdim edir:

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF), sülhün təşviqinə yönəlmiş beynəlxalq təşkilat olaraq, 2024-cü il dekabrın 17-də İsveçrə Parlamentinin Aşağı Palatasında müzakirəyə çıxarılan təkliflə bağlı ciddi narahatlığını ifadə edir. Sözügedən qətnamədə “Dağlıq Qarabağ münaqişəsi” mövzusu ətrafında beynəlxalq sülh forumunun təşkili və bölgədən könüllü şəkildə ayrılmış erməni sakinlərin geri qaytarılması üçün şəraitin yaradılması nəzərdə tutulur. Bu, həm hüquqi, həm də siyasi baxımdan dərin təhlil və hərtərəfli araşdırma tələb edən mürəkkəb məsələlərə yol açır. Bu yanaşma, təəssüf ki, sülhün təşviqinə xidmət etmir, əksinə, gərginliyi artırmaq riski yaradır. Qətnamə barışıq və qarşılıqlı anlaşmaya yönəlmiş səyləri zəiflədən birtərəfli mövqeni əks etdirir.

2023-cü ildə münaqişənin həlli ilə Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilib və Qarabağ regionu işğaldan azad olunub. Bu nəticə Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq qurumlar da daxil olmaqla, beynəlxalq ictimaiyyət tərəfindən tanınıb. Yanlış narrativlər əsasında forumların təşkilinə dair irəli sürülən təkliflər Cənubi Qafqazda uzun illərin zəhməti, hətta fədakarlıq nəticəsində əldə edilmiş davamlı sülh və sabitliyə ciddi təhlükə yaradır. Bu məsələlərin Azərbaycanın suverenliyinə hörmətlə və beynəlxalq hüquq prinsiplərinə uyğun şəkildə həll edilməsi zəruridir.

Biz müşahidə edirik ki, bəzi dairələrdə regionun reallıqları ilə bağlı narahatlıq doğuran məlumat çatışmazlığı mövcuddur. Müəlliflər işğal altında olduğu dövrdə Qarabağın xarabalığa çevrildiyi faktını gözardı edir. Son 30 il ərzində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün ağır çətinliklərə məruz qalması ilə bağlı problemlər barədə çoxları məlumatsızdır. Ermənilər tərəfindən törədilmiş Xocalı, Qaradağlı, Ağdaban kimi foto, video faktları olan çoxsaylı qətliamlar və soyqırımları diqqətdən kənarda qalıb. Bunun əvəzinə, 1915-ci il hadisələri kimi yalan olduğu tarixi faktlarla üzə çıxarılan hadisələr naməlum səbəblərdən diqqət mərkəzində qalmağa davam edir. Belə laqeydlik saysız-hesabsız qurbanların haqq səsini susdurur və regionun tarixi haqqında təsəvvürləri təhrif edir. Bu faktorlar səmimi və əhatəli barışıq səylərinin təcili ehtiyacını bir daha vurğulayır. Belə təkliflər və bəyanatlar mövcud məsələlərin həllinə, münasibətlərin yaxşılaşdırılmasına və gərginliyin azaldılmasına nəinki xidmət etmir, hətta onları böyüdür və dərinləşdirir. Üç onillik ərzində Azərbaycan ədalət və sülh uğrunda mübarizə aparıb, bu məqsədlərə çatmaq üçün böyük fədakarlıqlar göstərib.

Beynəlxalq Avrasiya Mətbuat Fondu sülh quruculuğu təşəbbüslərinin irəliləməsinə, millətlər və cəmiyyətlər arasında konstruktiv dialoqun təşviqinə olan dəyişməz bağlılığını bir daha vurğulayır. Biz İsveçrəni neytrallıq və vasitəçilik ənənəsi ilə tanınan ölkə kimi bölgədəki gərginliyi artırmaq və ya yanlış anlamaları davam etdirmək əvəzinə, davamlı sülhə məqsədyönlü şəkildə töhfə verməsini təmin etməyə çağırırıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Dekabr 2024 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see224

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see181

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see175

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see145

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see140

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see137

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri