Icma.az
close
up
RU
Bank gecikən kreditə görə müştərinin və yaxud zaminin hesabına blok qoya bilərmi? HÜQUQİ İZAH

Bank gecikən kreditə görə müştərinin və yaxud zaminin hesabına blok qoya bilərmi? HÜQUQİ İZAH

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İstər-istəməz hər bir kreditorda obyektiv və subyektiv səbəblərdən qısa və uzun müddətli gecikmələri olur. Belə vəziyyətdə isə bank müştəriyə xəbərdarlıq etməklə yanaşı müəyyən addımlar da atır. Və hətta gecikməyə görə hüquqi  və fiziki şəxsin, eləcə də zaminin bank hesabına blok qoyur.
 

MÖVZU İLƏ BAĞLI: 

Keyfiyyətli audit yoxlaması sahibkarı hansı problemlərdən sığortalayır? - Anar Bayramovdan AÇIQLAMA – VİDEO


Bəs bankın belə addım atmağa hüquqi əsası varmı?
Suala iqtisadiyyat üzrə fəlsəfə doktoru, Azərbaycanın fəxri auditoru və maliyyə eksperti Anar Bayramov aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, kredit ödənişini gecikdirən şəxsin bütün hesabları dərhal bloklana bilməz:
“Bu, hamının yanlış bildiyi bir məsələdir. Bank öz qərarı ilə yalnız müştərinin öz bankındakı hesablarına məhdudiyyət qoya bilər. Digər banklarda olan hesablara və kartlara isə toxuna bilməz. Borclu müştərinin digər bankdakı hesabı yalnız məhkəmə qərarı ilə bloklana bilər.
Məhkəmə qərarı olmadan heç bir bank müştərinin digər bankdakı hesabına müdaxilə edə bilməz. Bu ciddi qanun pozuntusudur”.
Müştərinin zamininə qarşı bank hansı addımlar ata bilər?
Müsahibimiz bununla bağlı qeyd edib ki, zaminə qarşı atılan istənilən addım ancaq məhkəmə qərarından sonra mümkündür:
“Kredit ödənişi gecikdiyi zaman bank zaminə şifahi xəbərdalıq edə bilər. Amma gecikməyə görə zaminin maaş və pensiya kartını, eləcə də depozitini bloklaya bilməz.

Bu qəti qadağandır.Bununla belə, bankın əməkdaşları bəzi hallarda zamini ödənişə məcbur etmək üçün “hesabınızı da blok edəcəyik” deyir.


Bu, sadəcə psixoloji təzyiqdir. Hüquqi mexanizmi yoxdur. Bankın zaminin hesabına birbaşa müdaxilə etməyə ixtiyarı yoxdur”.
Bəs kredit borcuna görə müştərinin maaş kartı bank tərəfindən dondurula bilərmi?
Anar Bayramov bildirib ki, əgər müştərinin maaş kartı kredit götürdüyü banka məxsusdursa və müqavilədə “bank daxili qarşılaşdırma” bəndi varsa, o zaman bu addım atıla bilər:
“Əgər maaş kartı başqa banka məxsusdursa o zaman karta blok qoyula bilməz. Eyni zamanda müştərinin bankda depoziti varsa və müqavilədə xüsusi qeyd varsa, o halda bank onu müvəqqəti dondura bilər. Ancaq başqa bankda olan depozitə toxuna bilməz.
 

Təəssüf ki, bəzi hallarda banklar borclu müştərinin depozitini və yaxud kartını bağlayırlar. Çünki çox adam hüququnu bilmir. Banklar da insanları “blok” sözü ilə qorxudur. Amma məhkəmə qərarı yoxdursa, blok qanunsuzdur.


Ona görə də hesabına məhkəmə qərarı olmadan blok qoyulan şəxslər ilkin olaraq Mərkəzi Banka onlayn və yaxud yazılı şikayət edə bilər. Əgər icra sənədi yoxdursa, blok dərhal götürülür”.
Surxay Atakişiyev, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://bizim.media
archiveBu xəbər 03 Dekabr 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri