Icma.az
close
up
RU
“BANK KARTI OLAN HƏR KƏS HƏDƏFDƏDİR...” “Problem daha da dərinləşəcək”

“BANK KARTI OLAN HƏR KƏS HƏDƏFDƏDİR...” “Problem daha da dərinləşəcək”

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda son aylarda kiberdələduzluq halları sistemli və təhlükəli bir səviyyəyə çatıb. Daxili İşlər Nazirliyi (DİN) demək olar ki, hər gün vətəndaşların bank kartlarından kütləvi şəkildə vəsait oğurlandığı barədə rəsmi məlumatlar yayır. Rəqəmlər narahatedicidir: gündəlik itkilər 25–30 min manat civarında dəyişir. Bu isə artıq fərdi hallar deyil, sistemli, məqsədyönlü və ağıllı şəkildə təşkil olunan cinayət şəbəkələrinin fəaliyyətindən xəbər verir.

Son illərdə Azərbaycanda kiber təhlükəsizlik sahəsində ciddi irəliləyişlər olub: maarifləndirmə kampaniyaları genişlənib, kibermütəxəssislərin sayı artıb, müvafiq texnoloji infrastruktur müasirləşdirilib və nəhayət, DİN nəzdində Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi yaradılıb. Həmçinin bu qurumla banklar arasında fırıldaqçılığa qarşı sistemlər də tətbiq olunub.

Bütün bu tədbirlərə baxmayaraq, kibercinayətkarlıq azalmır – əksinə, daha hədəfli və effektiv formalar alır. Gündəlik kütləvi oğurluq hallarının fonunda ortaya əsaslı bir sual çıxır: niyə sistem işləmir və bu cinayətlər niyə qarşısıalınmaz sürətlə artır?

Məlumatlar haradan sızır?

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün fikrincə, bu vəziyyətin səbəbləri texnologiyadan daha çox insan amili ilə bağlıdır. Yəni texniki sistemlər deyil, həmin sistemlərə çıxışı olan şəxslər məsələni təhlükəli istiqamətə yönəldə bilərlər: “Müşahidələr göstərir ki, dələduzlar təsadüfi deyil, çox vaxt “yağlı müştəri”ləri – yəni dövriyyəsi olan, kartında vəsait olan şəxsləri hədəfə alır. Bu isə məlumat sızıntısı ehtimalını ciddi şəkildə gündəmə gətirir. Əgər məqsədyönlü şəkildə belə hədəfləmə aparılırsa, bu, artıq tək-tək bank əməkdaşlarının şəxsi marağı ilə deyil, daha yüksək səviyyəli və sistemli məlumat ötürməsi ilə əlaqədar ola bilər. Fırıldaqçılar, çox güman ki, bank və ya mobil operatorların müştəri bazasına çıxışı olan şəxslərlə əməkdaşlıq edirlər. Məhz bu baxımdan məsələ hüquqi və institusional səviyyədə araşdırılmalıdır”.

Risklər haqqında danışan mütəxəssis onları belə sıralayıb:

“-Dövlətin rəqəmsal maliyyə sisteminə inam zəifləyə bilər;

-Vətəndaşlar kartda pul saxlamaqdan çəkinə bilər;

-Nəqdsiz ödəniş sisteminə mənfi təsir göstərə bilər;

-Rəqəmsal transformasiya prosesləri ləngiyə bilər”.

O.Gündüz vurğulayıb ki, bu kimi hallar eyni zamanda Azərbaycanın maliyyə sabitliyinə, şəffaflıq səviyyəsinə və vətəndaşların bank sisteminə olan etimadına ciddi zərbə vurur.

AİF prezidenti problemin aradan qaldırlması ilə bağlı tövsiyyələrini də açıqlayıb. O, hesab edir ki, ilk növbədə fərdi məlumatların qorunması haqqında qanunvericilik sərtləşdirilməlidir.

Ekspertin sözlərinə görə, hazırkı normativ baza bu halların qarşısını almaqda zəif qalır.

“Hüquqi mexanizmlər kiberməlumatların sızdırılmasına görə ciddi sanksiyalar nəzərdə tutmalıdır. Bank və mobil operatorlarda daxili yoxlamalar artırılmalıdır. Müştəri bazasına çıxışı olan əməkdaşlara dair mütəmadi və müstəqil təhlükəsizlik auditi aparılmalıdır. Məsuliyyət zənciri genişləndirilməlidir”, - mütəxəssis vurğulayıb.

AİF prezidenti qeyd edir ki, hazırda əksər hallarda məsuliyyət istifadəçinin üzərinə düşür.

“Halbuki, məlumatların qorunması bank və operatorların birbaşa vəzifəsidir”, - o qeyd edib.

Osman Gündüz onu da vurğulayır ki, kibercinayətkarlıqla mübarizə sahəsində beynəlxalq əməkdaşlıq gücləndirilməlidir: ”Bu cinayətlərin çoxu ölkəxarici mərkəzlərdən idarə olunduğu üçün transsərhəd əməkdaşlıq həyati vacibdir”.

Mütəxəssis hesab edir ki, əgər dövlət və aidiyyəti qurumlar bu məsələyə strateji və hüquqi yanaşma ortaya qoymazsa, problem daha da dərinləşəcək. Onun sözlərinə görə, hər gün açıqlanan statistika təkcə vətəndaşların deyil, həm də dövlətin rəqəmsal gələcəyinin təhlükə qarşısında olduğunu göstərir.

“Bu səbəbdən, kibercinayətkarlıqla mübarizə yalnız texniki məsələ deyil – burada hüquqi, təşkilati və etik məsələlər birgə həll edilməlidir. Əks təqdirdə, bank kartı olan hər kəs hədəfdədir”, - O.Gündüz vurğulayıb.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 May 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see558

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see513

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see374

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see277

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see256

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see248

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see228

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see223

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see221

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see220

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see210

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see204

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see200

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see198

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see190

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see190

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see189

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri