Icma.az
close
up
RU
Bank kartı olanların nəzərinə: Bunları etməyin

Bank kartı olanların nəzərinə: Bunları etməyin

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin iyunun 24-də keçirilən iclasında çıxışı zamanı deyib.

O bildirib ki, ölkədaxili xidmət şəbəkəsində 7 min 184 belə əməliyyat nəticəsində 3 milyon 743 min manat, ölkəxarici xidmət şəbəkəsində isə 21 min 582 əməliyyat nəticəsində 1 milyon 297 min manat zərər yaranıb.

“Mərkəzi Bankın təhlilləri göstərir ki, cinayət aktları istifadəçilərin kart, hesab, təsdiqləmə kodu və digər həssas məlumatlarını kiberdələduzlara təqdim etməsi nəticəsində baş verib. Artan rəqəmlər qarşısı alınmış bütün fişinq cəhdlərini əks etdirmir, yalnız fırıldaqçılıq əməliyyatı ilə nəticələnmiş hallara aiddir”, - Z.Oruc vurğulayıb.

Komitə sədri əlavə edib ki, ona görə də fərdi məlumatların qorunması ad, ünvan və bank rekvizitləri ilə məhdudlaşa bilməz:

“İnsanın üzü, səsi, biometrik göstəriciləri, rəqəmsal imzası və virtual şəxsiyyəti də hüquqi mühafizə obyekti olmalıdır. Kibertəhlükəsizliyin ali məqsədi serverlərlə bərabər, insanı qorumaqdır”.

O deyib ki, müasir qarşıdurmalarda hərbi və mülki hədəf arasındakı sərhəd zəifləyir: “Banka, xəstəxanaya, su təchizatına və mülki rabitəyə hücum birbaşa insanların həyatına təsir göstərir.

Milli Kibertəhlükəsizlik İndeksinin 2026-cı ilin iyun göstəricilərinə görə, Azərbaycan 83,33 balla 31-ci, Gürcüstan 64,17 balla 64-cü, Ermənistan isə 38,33 balla 97-ci yerdədir. Lakin indekslər hüquqi və institusional hazırlığı ölçür. Onlar bütün sistemlərdəki texniki boşluqları və faktiki hücumların sayını göstərmir.

Ölkənin iqtisadi, enerji, nəqliyyat və geosiyasi əhəmiyyəti artdıqca onun daha mürəkkəb hücumların hədəfinə çevrilməsi ehtimalı da yüksəlir. Ona görə də liderlik mövqeyi qanunlarla, real əməliyyat qabiliyyəti, yerli texnologiya, peşəkar kadr və davamlı təlimlə qorunmalıdır”.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://olke.az
archiveBu xəbər 24 İyun 2026 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri