Icma.az
close
up
RU
“PAYIZ ETÜDLƏRİ” adlı yaradıcılıq sərgisinə əsər qəbulu elan olunur

“PAYIZ ETÜDLƏRİ” adlı yaradıcılıq sərgisinə əsər qəbulu elan olunur

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

"Təbiətlə təmasda ol, əsrarəngizliyi təsvir et!" yaradıcılıq platforması çərçivəsində növbəti "PAYIZ ETÜDLƏRİ" adlı yaradıcılıq sərgisinə əsər qəbulu elan olunur.

Layihənin əsas məqsədi böyüməkdə olan gənc nəsli təbiətlə təmasa təşviq etmək, ilin müxtəlif fəsillərində təbiətin əsrarəngiz gözəlliyini nümayiş etdirmək və ətraf mühitin qorunmasına maraq yaratmaqdır.

Sərgiyə payız fəslinin gözəlliyini, rəngarəngliyini və özünəməxsus xüsusiyyətlərini əks etdirən rəsm əsərləri qəbul olunur.

Tövsiyə olunan mövzular:

"Payızın rəngləri" "Əhatəmdəki payız mənzərəsi" "Payız xəyallarım"

Sərginin təşkilatçıları:

Azərbaycan Rəssamlar İttifaqı; Azərbaycan Dövlət Rəsm Qalereyası; Xətai Sənət Mərkəzi; Xətai Beynəlxalq Uşaq Sənəti Qalereyası.

Dəstəkçilər:

Azərbaycan Rəssamlıq Akademiyası; Azərbaycan Televiziya və Radio Verilişləri QSC; Xətai Rayon İcra Hakimiyyəti; Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi. İştirak şərtləri Yaş həddi: 8-21 yaş. Əsərlərin qəbulu üçün son tarix: 20 dekabr 2026-cı il. Hər iştirakçı ən çoxu 3 əsər təqdim edə bilər. Əsərin ölçüsü 30 × 40 sm-dən çox olmamalıdır. Əcnəbi iştirakçılar da sərgiyə qatılmaq hüququna malikdirlər. Sərgidə iştirak ödənişsizdir. Müraciət qaydası

İştirak etmək istəyənlər aşağıdakı məlumatları və əsərlərinin fotosunu **[email protected]** elektron poçt ünvanına göndərməlidirlər:

Əsərin fotosu; Əsərin adı; Ölçüsü və istifadə olunan texnika; İştirakçının soyadı və adı; Təhsil aldığı məktəb və əlaqə nömrəsi; Təvəllüdü.

Təqdim olunan əsərlər arasından seçilmiş 100 əsər sərgidə nümayiş etdiriləcək. Sərgidə əsəri nümayiş olunan hər bir iştirakçıya sertifikat təqdim ediləcək.

Təşkilatçılar bildirirlər ki, sərginin mövzusuna və müəyyən edilmiş şərtlərə uyğun olan, tələb olunan məlumatları dolğun şəkildə təqdim edilmiş müraciətlərə üstünlük veriləcək.

"Ölkəmizin təbiətini əks etdirən, duyğu və düşüncələrin ifadəsi olan əsərlərinizi görmək istərdik!" - deyə təşkilatçılar gənc rəssamları yaradıcılıq sərgisində fəal iştirak etməyə dəvət edirlər.

Əlavə məlumat üçün:

Telefon / WhatsApp: 051-310-74-01

İnformasiya dəstəyi: Trend.az, Day.az, Milli.az, Azernews.az.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 11 Noyabr 2026 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see299

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see290

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see287

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see283

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see282

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see277

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see268

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see267

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see260

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see259

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see239

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see235

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see234

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see233

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see230

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see228

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see222

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see222

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see220

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri