Bank kredit ödənişlərini uzun müddətə “dondura” bilərmi? EKSPERT AÇIQLADI
Ses qazeti saytına istinadən Icma.az xəbər verir.
Kredit öhdəliyini yerinə yetirməkdə çətinlik çəkən vətəndaşların borcun müəyyən müddətə “dondurulması” ilə bağlı müraciətləri zaman-zaman gündəmə gəlir. Xüsusilə gəliri azalan və ya müvəqqəti maliyyə çətinliyi yaşayan şəxsləri kredit ödənişlərinin 3-5 il müddətinə dayandırılmasının mümkün olub-olmaması maraqlandırır.Bəs qanunvericilikdə bununla bağlı hansı imkanlar nəzərdə tutulur?Məsələ ilə bağlı iqtisadçı Əkrəm Həsənov SİA-ya açıqlamasında bildirib ki, kredit ödənişlərinin uzun müddətə dayandırılması yalnız bankın razılığı ilə mümkündür:“Qanunla borclu bunu tələb edə bilməz. Banklar da buna nadir hallarda və çox qısa müddətə razı olurlar. Bir neçə aydan çox olmur. Bank üçün kredit ödənişlərinin uzun müddət dayandırılması müəyyən maliyyə və tənzimləmə riskləri yaradır. Kredit üzrə ödənişlər həyata keçirilmədikdə onun problemli kreditə çevrilməsi ehtimalı artır və bank müvafiq riskləri nəzərə almalıdır.Çünki bu, həmin kreditin problemli kreditə çevrilməsi deməkdir. Bank bu halda yüksək məbləğdə ehtiyatlar yaratmalıdır. Üstəlik, kreditin müddəti də ötə bilər. Ona görə belə hallarda banklar məhkəməyə müraciət edirlər.Beləliklə, vətəndaş kredit ödənişlərini həyata keçirməkdə çətinlik çəkirsə, banka müraciət edərək ödəniş qrafikinin dəyişdirilməsini, müddətin uzadılmasını və ya digər restrukturizasiya imkanlarını müzakirə edə bilər. Lakin bankın razılığı olmadan kredit ödənişlərinin 3-5 il müddətinə dayandırılması mümkün deyil.Tərəflər arasında razılaşma əldə olunmadığı və kredit öhdəlikləri icra edilmədiyi halda isə məsələ hüquqi müstəviyə, o cümlədən məhkəməyə çıxarıla bilər”.
Müəllif: Arzu Qurbanlı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 18 Avqust 2026 17:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















