Icma.az
close
up
RU
Bank of Baku dan kapital bazarında yeni addım 40 milyon manatlıq istiqraz!

Bank of Baku dan kapital bazarında yeni addım 40 milyon manatlıq istiqraz!

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

“Bank of Baku” müştərilərinə yeni maliyyə imkanları təqdim etmək məqsədilə kapital bazarında iştirakını genişləndirib. Belə ki, Bank maliyyə bazarında yeni istiqraz emissiyasını həyata keçirməyi planlayır.

8 sentyabr tarixində Bakı Fond Birjasında “Bank of Baku”nun manat istiqrazlarının kapital bazarında ticarətə buraxılması münasibətilə “Açılış Zəngi” tədbiri keçirilib. Bu istiqraz emissiyası ilə Bank həm fiziki şəxslər, həm də peşəkar investorlar üçün sərfəli və etibarlı investisiya imkanı yaratmış olur.

Bank hər birinin nominal dəyəri 100 manat olan 400.000 ədəd faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazı qeydiyyatdan keçirib.

Tədbiri çıxış sözü ilə açan Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov maliyyə bazarında investisiya alətlərinin çeşidlərinin artırılmasının əhəmiyyətindən danışıb.

“Bank of Baku”nun İdarə Heyətinin sədri Həsən Quliyev isə öz çıxışında bildirib ki, “Bank of Baku” bu addımı ilə ölkə iqtisadiyyatına töhfə verməyi hədəfləyir. “Bank of Baku uzunmüddətli fəaliyyəti dövründə müştərilərinə daima fərqli məhsullar, maliyyə həlləri təklif edib. İnanıram ki, bankımızın növbəti məhsulu – istiqrazları da müştərilər və investorların böyük marağına səbəb olacaq”.

“ABB-Invest İnvestisiya Şirkəti” QSC-nin icraçı direktoru Nadir Babazadə qeyd edib ki, investorlar mövcud istiqrazlar üzrə sifarişlərini “ABB Mobile” tətbiqi üzərindən yerləşdirə bilərlər.

Tədbirin sonunda “Bank of Baku”, Bakı Fond Birjası və “ABB-Invest İnvestisiya Şirkəti”nin iştirakı ilə istiqrazların ilkin bazarda ticarətə buraxılışını simvolizə edən zəng çalınıb. Bununla da istiqrazların Bakı Fond Birjasının ticarət platformasında ticarətinə rəsmi olaraq start verilib.

Qeyd edək ki, təqdim olunan istiqrazların tədavül müddəti 18 ay, illik faiz dərəcəsi isə ilk 20 milyon manatlıq tranş üzrə 13% təşkil edir. Faiz ödənişləri hər 90 gündən bir həyata keçiriləcəkdir. İstiqrazların abunə yazılışı 19 sentyabr 2025-ci il tarixində bitəcək.

Məlumat üçün bildirək ki, 30 ildən çoxdur ki, fəaliyyət göstərən “Bank of Baku” paytaxt Bakı və regionlarda ümumilikdə 20 filialı ilə 1 milyondan çox vətəndaşa xidmət edir.

“Bank of Baku”nun haqqında ətraflı məlumatla 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, “Bank of Baku”nun rəsmi veb səhifəsi – www.bankofbaku.com və ya rəsmi Facebook səhifəsinə – www.facebook.com/bankofbaku daxil olaraq tanış olmaq mümkündür.

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://apa.az
archiveBu xəbər 08 Sentyabr 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see220

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see175

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see173

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see154

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see152

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri