Bank Olmayan Kredit Təşkilatlarının investorlarla dialoq axtarışları
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu günlərdə Bakı Fond Birjası (BFB), Azərbaycan Kapital Bazarları Assosiasiyası (AKBA) və Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) birgə təşkilatçılığı ilə “Kapital Bazarlarına Çıxış: 1-ci İnvestor Mikromaliyyə Forumu” keçirilib.
Forumda Mərkəzi Bankın baş direktoru Fuad İsayev, Bakı Fond Birjasının İdarə Heyəti sədrinin müavini, Baş Kommersiya İnzibatçısı Oqtay Qasımov, Azərbaycan Kapital Bazarları Assosiasiyasının Direktorlar Şurasının sədri Orxan Bağırov və Azərbaycan Mikromaliyyə Assosiasiyasının Müşahidə Şurasının sədri Cəlal Əliyev çıxış ediblər.
Azərbaycanda ilk dəfə olaraq mikromaliyyə sektoru ilə kapital bazarı iştirakçılarını bir araya gətirən mikromaliyyə forumunun əsas məqsədi Bank Olmayan Kredit Təşkilatları (BOKT) ilə investorlar arasında birbaşa dialoq mexanizminin yaradılması, mikromaliyyə sektorunda mövcud investisiya imkanlarının təqdim edilməsi və kapital bazarlarına çıxış imkanlarının genişləndirilməsindən ibarətdir.
Mərasimdə Mərkəzi Bankının, digər milli tənzimləyici qurumların nümayəndələri, kapital bazarı iştirakçıları, investorlar, həmçinin regionlarda fəaliyyət göstərən aparıcı BOKT-lar olmaqla 90-dan artıq nümayəndə iştirak edib. Forum çərçivəsində investorlar mikromaliyyə institutlarının maliyyə göstəriciləri, biznes modelləri və investisiya təklifləri ilə birbaşa tanış olublar.
Forum çərçivəsində keçirilən Maliyyə Sektorunda Gender Bərabərliyinə dair Mükafatlandırma mərasimində “FINCA Azerbaijan” MM QBKT “Gender Bərabərliyinin Təşviqində qabaqcıl təşkilat” nominasiyası üzrə AMFA Mükafatı ilə təltif olunub. Daha sonra “Embafinans” QSC, “FINCA Azerbaijan” MMC, “İnkişaf üçün Maliyyə” MMC, “MCB” MMC, “Monetri” MMC, “Prior Credit” MMC və “Regional” MMC Bank Olmayan Kredit Təşkilatları tərəfindən təqdimatlar keçirilib. Forumda digər məsələlərlə yanaşı “REGİONAL” Bank Olmayan Kredit Təşkilatının da bu sahədə təcrübəsinə həsr olunmuş təqdimatı maraqla qarşılanıb.
Mərasim KİV nümayəndələri ilə görüş, sual-cavab sessiyası, yekun müzakirələr, eləcə də B2B formatında şəbəkələşmə ilə yekunlaşıb.
Qabil YUSİFOĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 02 Fevral 2026 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















