Icma.az
close
up
RU
Rəqəmsal əlçatanlıq və texnoloji savadlılıq

Rəqəmsal əlçatanlıq və texnoloji savadlılıq

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Müxtəlif yaş qruplarına fərqli yanaşma günün tələbidir

Müasir dünyada informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı ictimai xidmətlərin rəqəmsallaşmasını şərtləndirən başlıca amilə çevrilib. Dövlət və bank sektorunun əksər prosesləri artıq elektron platformalar üzərindən həyata keçirilir. Bu da zaman və məkan məhdudiyyətini aradan qaldırır. Lakin texnoloji tərəqqinin gətirdiyi bu rahatlıqla yanaşı, cəmiyyətdə “rəqəmsal uçurum” adlanan yeni sosial problem formalaşıb.

Xüsusilə yaşlı nəslin nümayəndələri üçün rəqəmsal xidmətlərdən istifadə imkanlarının məhdudluğu təkcə texniki maneə deyil, həm də onların cəmiyyətdən təcrid olunması və sosial kənarlaşma təhlükəsini artırır. Müasir dünyanın sürətinə ayaq uydura bilməyən bu insanlar bəzən sadə məişət məsələlərini belə həll etməkdə çətinlik çəkirlər, nəticədə zamanla onlarda özünəinam azalır. Bəs, bu xidmətlərin hamıya əlçatan olması üçün hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı mütəxəssislərin fikirlərini öyrəndik. İT mütəxəssisi Fərid Kazımov söylədi ki, dövlət xidmətlərinin rəqəmsallaşdırılmasında mürəkkəb funksionallıqdan imtina edilərək, hər bir vətəndaşın rahatlıqla yararlana biləcəyi inklüziv və intuitiv rəqəmsal mühitin yaradılması vacibdir:

– Əslində, biz bu məsələni innovativ yanaşmalar çərçivəsində qaldırmışdıq. Hazırda dövlət qurumlarının xidmətləri, əsasən, standart istifadəçilər üçün nəzərdə tutulub. İstifadəçilərin əksəriyyətinin 40-50 yaşdan yuxarı olması, habelə ölkəmizdə 1 milyondan çox təqaüdçünün mövcudluğu rəqəmsal xidmətlərin daha sadə və intuitiv həllər əsasında qurulmasını zəruri edir. Rəqəmsal savadlılıq səviyyəsindən asılı olmayaraq, bütün vətəndaşların bu xidmətlərdən rahat faydalana bilməsi üçün mobil tətbiqlər və veb-platformalar mümkün qədər sadələşdirilməlidir.

Onu da qeyd edim ki, rəqəmsal savadlılıq yaşla deyil, fərdi bacarıqlarla bağlıdır. Eyni yaş qrupundakı insanların rəqəmsal alətlərdən istifadə imkanları və onları mənimsəmə sürəti fərqli ola bilər. Xüsusilə "mygov" kimi platformaların mürəkkəbliyi texnoloji bilikləri məhdud olan istifadəçilər üçün ciddi çətinliklər yaradır. Bu səbəbdən, tətbiqlərin hazırlanması zamanı rəqəmsal savadlılıq səviyyəsi məhdud olan şəxslər nəzərə alınmalı, onların rahatlıqla mənimsəyə biləcəyi əlçatan rəqəmsal resurslara keçid olmalıdır.

Müsahibimiz vurğuladı ki, vətəndaşların rəqəmsal maarifləndirilməsi üçün kibertəhlükəsizlik qaydalarını və elektron xidmətlərin istifadəsini sadə videotəlimlərlə izah edən vahid maarifləndirici platforma təqdim edilməlidir:

– Ölkəmizdə rəqəmsal maarifləndirmə prosesinin sistemli şəkildə genişləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir. Hazırda kibertəhlükəsizlik, elektron hökumət və bank xidmətləri sahəsində görülən işlər kifayət deyil. Vətəndaşlara rəqəmsal resurslardan istifadəni addım-addım öyrədən sadə video-təlimatların hazırlanması mühüm əhəmiyyət kəsb edir.

Bundan əlavə, insanların aldadılmasının qarşısını almaq üçün kiber-gigiyena qaydaları hər kəsin rahatlıqla öyrənə biləcəyi vahid bir portal və ya mobil tətbiqdə istifadəyə verilməlidir. Müxtəlif bloklar üzrə təsnif edilmiş məlumat bazasının formalaşdırılması insanların rəqəmsal xidmətlərdən daha təhlükəsiz və səmərəli istifadəsinə şərait yarada bilər.

Görmə məhdudiyyəti olan şəxslər üçün səsləndirmə və digər funksiyalar həm Android, həm də iOS sistemlərində uğurla tətbiq edilir. Ümumiyyətlə, müasir smartfonlar yaşlılar üçün əvvəlki ixtisaslaşdırılmış cihazlardan daha rahatdır, çünki şrifti böyütmək və səsi gücləndirmək kimi funksiyaların artıq hər cihazda standart olması onların texnologiyadan istifadəsini əhəmiyyətli dərəcədə asanlaşdırıb.

Mövzu ilə bağlı fikirlərini bölüşən sosioloq Üzeyir Səfiyev isə bildirdi ki, rəqəmsal xidmətləri hər kəs üçün əlçatan etmək və cəmiyyətdə təcrid olunma hallarının qarşısını almaq dövlətin əsas vəzifələrindəndir:

– Müasir dövrün sürətli rəqəmsallaşma prosesi ictimai həyatın bütün sferalarına sirayət edərək, həm qlobal, həm də milli miqyasda yeni reallıqlar formalaşdırıb. Rəsmi statistik göstəricilərə əsasən, ölkə əhalisinin təqribən 10-11 faizini 65 yaşdan yuxarı vətəndaşlar təşkil edir. Bu rəqəm yaşlı nəslin cəmiyyətdəki demoqrafik çəkisini və sosial rolunun əhəmiyyətini bir daha ön plana çıxarır.

Bugünkü qlobal rəqəmsal çağırışlar fonunda ahılların cəmiyyətə inteqrasiyası, onların əmək bazarında fəallığının qorunması, habelə sosial dəstək və qayğı layihələrinə əlçatanlığının təmin edilməsi əsas prioritetlərdən biridir. BMT-nin davamlı inkişaf məqsədlərinin şüarı da məhz "heç kəsi kənarda qoymamaq"dır.

Ekspertin fikrincə, yaşlı nəslin rəqəmsal savadlılığının artırılması həm onların kiber-təhlükəsizliyini, həm də sosial inteqrasiya və aktivliyini təmin edən mühüm şərtdir:

– Ahılların rəqəmsal savadlılığının artırılması onların təhlükəsizliyinin təmin olunması üçün həlledici əhəmiyyət kəsb edir. Bu addımlar, eyni zamanda, yaşlıların sosial xidmətlərə çıxışını asanlaşdırır, onların ictimai həyata və əmək bazarına daha yaxşı inteqrasiya olunmasına kömək edir.

Bu istiqamətdə “ASAN xidmət”, DOST agentlikləri və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin layihələri təqdirəlayiqdir. Lakin innovasiyaların sürətlə yayıldığı dövrdə bu tədbirlər mütəmadi olmalıdır. Yaşlı nəslin texnoloji tempə uyğunlaşması onların internetdəki dələduzluqlardan qorunması və rəqabətədavamlılıqlarını qoruması üçün vacibdir. Bu prosesin uğuru isə, ilk növbədə, onların özlərinin yeniliklərə olan marağından asılıdır.

Nəticə etibarilə, rəqəmsal çağırışlar cəmiyyətin bütün təbəqələrini, o cümlədən ahılları əhatə etməlidir. Bu sahədə müsbət nəticələrə nail olmaq üçün startaplar, dövlət qurumları və qeyri-hökumət təşkilatları sistemli şəkildə birgə fəaliyyət göstərməlidirlər.

Ekspertlərin fikirləri də təsdiq edir ki, rəqəmsal transformasiya yalnız texniki yenilənmə deyil, həm də mühüm sosial öhdəlikdir. Yaşlı nəslin cəmiyyətdən təcrid olunmaması və onların xidmətlərdən rahat yararlanması üçün rəqəmsal platformaların sadələşdirilməsi və sistemli maarifləndirmə olduqca vacibdir. Yeniliklər cəmiyyətin bütün üzvlərini əhatə etdikdə və hər kəs üçün əlçatan olduqda fayda verə bilər. Bu baxımdan, rəqəmsallaşma yaşlı nəsil üçün maneəyə deyil, həyatı asanlaşdıran bir imkana çevrilməlidir.

Elenora HƏSƏNOVA
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 İyul 2026 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri