Bank tətbiqi donursa, çıxış yolu telefonu təzələməkdir? Mütəxəssisdən AÇIQLAMA
Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İnsanlar bank tətbiqlərini rahatlıq və əlçatanlıq üçün telefonlarına yükləyirlər. Hansısa ən yaxın bank filialını axtarmadan, növbə gözləmədən bir neçə toxunuşla ödəniş etmək, pul köçürmək və digər bank xidmətlərindən yararlanmaq mümkündür. Həm də yollara sərf edəcəyi vaxtı daha səmərəli keçirə bilər. Amma tətbiqin özündə problem yarananda bu rahatlıq bir anda başına bəla ola bilir. Bank bir tərəfdə qalır, indi də tətbiqi ilə baş sındırmalı olur. Telefonda yenilənmə edildikdən sonra tətbiqlərdə donmalar olur.
Belə məqamlarda problem nədədir, telefonda yoxsa bankda?
İT mütəxəssisi Bəhruz Quliyev Bizim.Media-ya açıqlamasında telefonun sistem yenilənməsindən sonra bank tətbiqinin donmasının əsas səbəbinin Android versiyası ilə bank tətbiqinin hazırkı versiyasının uyğunlaşmaması olduğunu bildirib:
“Smartfona biometrik giriş, məsələn üztanıma, barmaq izi kimi sistem komponentləri dəyişdikdə tətbiq giriş mərhələsində dona bilər. Həmçinin, əməliyyat sistemi ilə əlaqədar bankın tətbiqi üçün ayrıca optimizasiya yeniləməsi tələb olunur, bu daha çox təhlükəsizlik məqsədilə edilir”.
Android versiyası ilə bank tətbiqinin hazırkı versiyasının uyğun gəlmirsə mütləq yeni telefon almaq lazımdır?
Mütəxəssis deyir ki, əgər telefon köhnədirsə və artıq sistem yenilənmələrini dəstəkləmirsə, əvvəlcə bir neçə variant yoxlamaq olar.
“Bank tətbiqinin əvvəlki versiyası həmin telefonun versiyasını dəstəkləyə bilər. Bəzi banklar bunu davam etdirir, bəziləri isə təhlükəsizlik səbəbilə köhnə tətbiqi bloklayır. Tətbiqi silib yenidən yükləmək və keş məlumatları təmizləmək bəzən problemi həll edir. Bank tətbiqini App Store, Google Playdən yeniləmək mümkündür”.
Əgər bunların heç biri işə yaramırsa, o zaman istifadəçidən telefonunu dəyişməkdən başqa çarəsi qalmır.
Şəfiqə Şəfa, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 06 Oktyabr 2026 17:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















