TARİXİ ZİRVƏDƏ NƏLƏR MÜZAKİRƏ OLUNACAQ? Bu həftə görüşürlər…
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Tarixdə ilk dəfə olaraq Çin Xalq Respublikasının sədri Si Szinpin, ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin üçtərəfli formatda görüşəcəklər. Çin Xarici İşlər Nazirliyi sammitin noyabrın 19-da ölkənin texnologiya mərkəzi olan Şənszen şəhərində keçiriləcəyini rəsmən təsdiqləyib.
Asiya-Pasifik İqtisadi Əməkdaşlıq (APEC) təşkilatının tədbirləri çərçivəsində baş tutacaq bu görüş dünya siyasətində diqqət mərkəzindədir. Ağ Ev və Kreml də zirvənin baş tutacağını təsdiqləyib.
Pekin hələlik liderlərin müzakirə edəcəyi konkret detalları rəsmən açıqlamayıb. Lakin “Financial Times” nəşrinin ABŞ rəsmisinə istinadən yaydığı məlumata görə, Çin, Rusiya və ABŞ bu dəfə əvvəlcədən razılaşdırılmış sərt və qəti gündəlikdən imtina ediblər.
Analitiklər qeyd edirlər ki, adətən xarici liderlərlə görüşlərini ciddi şəkildə reqlamentləşdirən Si Szinpin üçün bu addım olduqca qeyri-adidir. Bu isə tərəflərin bəzi həssas qlobal məsələlərdə sərbəst fikir mübadiləsi aparmaq niyyətində olduğunu göstərir.
Vaşinqtonun məlumatına görə, Donald Tramp görüş zamanı nüvə silahına nəzarət və onun yayılmasının qarşısının alınması məsələsini qabardacaq. ABŞ Prezidenti dünyanın üç nəhəng nüvə dövləti arasında birbaşa dialoqun başlanmasında maraqlıdır, lakin dərhal hər hansı yekun razılaşmanın əldə olunacağını gözləmir.
“Bu, Çin üçün həssas mövzudur, lakin biz hesab edirik ki, artıq Pekinin də danışıqlar masasına əyləşməsinin vaxtı çatıb”, – deyə amerikalı rəsmi bildirib.
Daha əvvəl Donald Tramp "denuklearizasiyanın" bu üçtərəfli formatın əsas prioriteti olacağını bəyan etmişdi.
“Tsinghua” Universitetinin professoru Da Vey hesab edir ki, Si Szinpinin Ukrayna böhranı və ya silahlanmaya nəzarət üzrə dərindən detallı danışıqlara girməsi ehtimalı azdır; Çin lideri daha çox qlobal sabitlik məsələlərinə fokuslanacaq.
Ekspert qənaətlərinə görə, Ukraynadakı müharibənin bu zirvənin mərkəzi mövzusunda olacağı gözlənilmir. Xatırladaq ki, Kiyev rəsmiləri Qərb ölkələrinə dəfələrlə xəbərdarlıq edərək, “Ukraynasız Ukrayna məsələsinin müzakirə olunmasını” qəbuledilməz adlandırıblar.
Qərbi Avropa paytaxtlarında isə Şənszendəki bu üçtərəfli təmaslar müəyyən narahatlıqla izlənilir. Analitiklər hesab edirlər ki, Vaşinqton, Moskva və Pekin liderlərinin bu cür formatda bir araya gəlməsi qlobal təhlükəsizlik arxitekturasının yenidən formalaşdırılması istiqamətində gözlənilməz gedişlərə yol aça bilər.
Rasim Əliyev
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 16 Noyabr 2026 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















