Bank VTB (Azərbaycan) ASC də yeni təyinatlar
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
VTB (Azərbaycan) ASC-də pərakəndə bankçılıq istiqamətində gücləndirmə prosesi davam edir. Bankın strukturunda iki mühüm təyinat həyata keçirilib. Yeni kadr dəyişiklikləri pərakəndə seqmentdə xidmət keyfiyyətinin və idarəetmə effektivliyinin artırılmasına yönəlib.
Belə ki, Elşən Hacılı Alternativ kanallar ilə Satış idarəsinin rəisi, Tural Seyid isə Pərakəndə Bankçılıq idarəsinin rəisi təyin ediliblər.
2011-ci ildən bank karyerasına start verən Elşən Hacılı Pərakəndə bankçılıq sahəsində 15 illik təcrübəyə malikdir və müxtəlif banklarda rəhbər vəzifələrdə fəaliyyə göstərib. Bu təyinatdan öncə, o, Yelo Bank ASC-də eyni adlı departamentin direktoru vəzifəsində çalışııb.
Elşən Hacılı 2009-2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Biznesin idarəedilməsi ixtisası üzrə təhsili alıb.
Tural Seyid, bank sektorunda 15 ildən artıq təcrübəyə malikdir. Öz karyerası boyunca pərakəndə bankçılıq sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb. VTB (Azərbaycan) bankına təyinatdan öncə, Expressbankda Pərakəndə Bankçılıq departamentinin rəhbəri olub.
Tural Seyid Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin məzunudur.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 14 Aprel 2026 12:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















