Icma.az
close
up
RU
“Bank VTB Azərbaycan”ın xalis mənfəəti azalıb

“Bank VTB Azərbaycan”ın xalis mənfəəti azalıb

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Bank VTB Azərbaycan" ASC cari ilin birinci yarısına dair maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən, bankın xalis mənfəətində ötən ilin müvafiq dövrü ilə müqayisədə bir qədər azalma müşahidə olunub.

“Yeni Sabah” xəbər verir ki, yanvar-iyun aylarının nəticələrinə görə, bank yarımilliyi 5,826 milyon manat xalis mənfəətlə tamamlayıb. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə bu rəqəm 6,319 milyon manat təşkil edirdi. Hesabat dövründə maliyyə qurumunun ümumi gəlirləri illik müqayisədə 8,1% azalaraq 26,053 milyon manata, ümumi xərcləri isə 4% azalaraq 21,393 milyon manata düşüb. Bununla yanaşı, bankın xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 2,1 dəfə artaraq 554 min manata yüksəlib, mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 612 min manat təşkil edib.

Bu il iyulun 1-nə olan məlumata görə, "Bank VTB Azərbaycan"ın aktivlərinin ümumi həcmi illik müqayisədə cüzi – 0,1% kiçilərək 336,851 milyon manat təşkil edib. Aktivlərin əsas hissəsini, yəni 247,35 milyon manatını müştərilərə yönəldilən xalis kreditlər təşkil edib ki, bu da son bir ildə bankın kredit portfelinin 19,8% böyüməsi deməkdir. Bunun əksinə olaraq, hesabat dövründə bankın öhdəlikləri 3,7% azalaraq 220,669 milyon manata, depozit portfeli isə 13,3% geriləmə ilə 121,778 milyon manata düşüb. Bankın balans kapitalı isə 7,7% artaraq 116,164 milyon manat səviyyəsinə çatıb. Toyuqlu pizza

Xatırladaq ki, "Bank VTB Azərbaycan" 2009-cu ildə, daha öncə fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında təsis edilib. Nizamnamə kapitalı 315,815 milyon manat olan bankın səhmlərinin böyük hissəsi (99,999995%-i) Rusiyanın "Bank VTB" ASC-yə, qalan cüzi payı (0,000005%-i) isə fiziki şəxs Adıgözəl Ağayevə məxsusdur.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 16 İyul 2026 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri