Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

Banka pul qoymaq istəyənlərin nəzərinə

Banka pul qoymaq istəyənlərin nəzərinə

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

İnsanlar həmişə pullarını daha etibarlı yerdə saxlamağa çalışıblar. Ən çox seçilən variant isə banklarda əmanət yerləşdirməkdir. Amma bu zaman diqqət edilməli bir neçə vacib nüans da var.

İqtisadçı ekspert Rəşad Həsənov Metbuat.az-a açıqlamasında bildirib ki, əsas diqqət edilməli məsələ bankların təklif etdiyi faiz dərəcələridir:

"Nəzərə almaq lazımdır ki, 100 min manata qədər manatla yerləşdirilmiş və faiz dərəcəsi 12 faizdən yuxarı olan əmanətlər sığortalanmır. Valyutada yerləşdirilmiş əmanətlərdə isə 2,5 faizdən yuxarı faiz dərəcəsinə malik əmanətlər sığortalanmır. Yəni vətəndaşlar ilk növbədə bu məqama diqqət etməlidirlər. Çünki hazırda valyutada əmanətlərə 5–6 faiz təklif edən banklar mövcuddur. Bu faizlərlə yerləşdirilən əmanətlər sığorta təminatından kənarda qalır. Eləcə də, əgər hər hansı bank 13 faizlə əmanət cəlb etməyi təklif edirsə, vətəndaş bu yüksək faizə aldanmamalıdır. Belə banklarda risk yarandığı halda əmanətin geri qaytarılması təmin olunmaya bilər".

Ekspert tövsiyə edib ki, vətəndaşlar bankların maliyyə göstəricilərinə də diqqət yetirsinlər:

"Əgər bu sahədə müəyyən biliklərə malikdirlərsə, bankların rəsmi saytları və onlayn mənbələr vasitəsilə təhlillər aparmaq mümkündür. Bankların kapital səviyyəsi, adekvatlıq əmsalı, əmanətlərin artım və ya azalma tempi, kredit portfelinin həcmi, problemli kreditlərin ümumi portfeldəki xüsusi çəkisi kimi göstəricilər diqqətlə izlənilməlidir. Bu məlumatlar əsasında bankın gələcək fəaliyyətinin uğurlu və ya riskli olması barədə fikir formalaşdırmaq olar. Əgər problemli kreditlərin həcmi artırsa, bu, bankın likvidliyinin azalmasına və gələcəkdə defolt riski ilə üzləşməsinə səbəb ola bilər. Bundan başqa, əgər bankın məcmu kapitalı 50 milyon manatdan azdırsa, bu, artıq minimum tələbin pozulması deməkdir və yaxın dövrlərdə Mərkəzi Bank həmin bankın lisenziyasını ləğv edə bilər. Eyni zamanda, əgər banklarda əmanətlərin həcmi azalmağa başlayıbsa və bu hal davamlı xarakter alırsa, bu da həmin bankın fəaliyyətində risklərin artdığını göstərir. Buna görə də bankın müştəriləri əmanətlərini geri çəkirlər".

R.Həsənov qeyd edib ki, bu sahədə dərin biliklərə malik olmayan kəslər banklara pul qoymamışdan əvvəl mütəxəssislərdən peşəkar dəstək alsınlar:

"Belə yanaşma əmanətlərin daha təhlükəsiz şəkildə yerləşdirilməsinə imkan verir. Xüsusilə böhran dövrlərində banklar adətən daha şirnikləndirici, yüksək faizlər təklif edərək əmanətləri cəlb etməyə çalışırlar. Lakin bu, riski artıran əsas amillərdən biridir. Əgər hər hansı bank bazar göstəricilərindən xeyli yüksək faizlə əmanət cəlb edirsə, bu, çox vaxt həmin bankın likvidlik problemi yaşadığını göstərir. Buna görə də vətəndaşlara tövsiyə olunur ki, belə banklarda əmanət yerləşdirməsinlər".

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 29 Oktyabr 2025 23:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see300

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see268

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see267

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see249

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see242

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see229

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see225

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see224

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see216

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see213

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see212

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see203

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see196

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see188

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see184

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see175

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see174

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see174

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

10 Noyabr 2026 05:25see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri