Banka silahlı hücum edildi, ölənlər var ABŞ də
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
ABŞ-nin Kentukki ştatında yerləşən banklardan birinə edilən silahlı basqın zamanı cinayətkar iki əməkdaşı qətlə yetirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.
Xəbərə görə, faciəvi hadisə aprelin 30-da Briya şəhərində qeydə alınıb. Silahlı cinayətkarın ofisə daxil olması nəticəsində bankın iki işçisi - bir qadın və bir kişi ölümcül güllə yaraları alıblar.
"Şübhəli şəxsin bankdan hər hansı bir məbləğlə və ya qənimətlə ayrılıb-ayrılmadığı məlum deyil", - deyə materialda qeyd olunur.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarın axtarışlarını aparır. Polisdən verilən açıqlamaya əsasən, istintaqın əlində bəzi ipucları var. Asayiş keşikçiləri ehtimal edilən oğrunun təhlükəsizlik kameralarına düşən fotolarını ictimaiyyətə təqdim ediblər. Həmin şəxsin əynində boz şalvar və açıqrəngli üst geyimi, əllərində əlcək, üzündə isə maska olduğu görünür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 01 May 2026 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















