Icma.az
close
up
RU
Bankda əmanəti olanlara ŞAD XƏBƏR: QƏRAR qüvvəyə minir

Bankda əmanəti olanlara ŞAD XƏBƏR: QƏRAR qüvvəyə minir

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Mərkəzi Bankı banklarda likvidlik risklərinin daha effektiv idarə olunması məqsədilə “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”na dəyişiklik edib. 

Dəyişikliklər bankların likvid mövqeyinin daha güclü formalaşdırılmasına, həmçinin real iqtisadiyyatın maliyyələşdirilməsi imkanlarının qorunmasına xidmət edir. Əsas yeniliklərdən biri kimi likvidliyin örtülmə əmsalının (LCR) həm milli valyuta, həm də ümumi əsasda tətbiqi nəzərdə tutulur. Sistem əhəmiyyətli banklar üçün LCR əmsalı milli valyuta üzrə ilkin olaraq 50%-dən başlayaraq 2027-ci il iyunun 1-dək 100%-ə çatdırılmalıdır. Digər banklar üçün bu göstərici 40%-dən başlayaraq həmin ilin dekabrınadək 100%-ə qədər artırılacaq.

Maraqlıdır, likvidlik risklərinin idarə olunması ilə bağlı tələbləri sərtləşdirməsi bank sektorunu necə təsir edəcək?

Məsələ ilə bağlı beynəlxalq standartlaşdırma üzrə mütəxəssis, iqtisadçı Asif İbrahimov bağlı News24.az-a açıqlamasında bildirib ki, bu qərar ölkə bank sisteminin dayanıqlığını artırmaq baxımından mühüm addımdır:

“Bizim kimi inkişafda olan ölkələrin iqtisadiyyatlarında bank sektorunda müəyyən likvidlik riskləri mövcud olub. Likvidlik – bankın əlində olan aktivlərin dəyər itirmədən tez bir zamanda pula çevrilə bilməsi qabiliyyətidir. Əgər banklarda bu imkan zəifdirsə, sistem daxilində problemlər yarana bilər. Bu baxımdan, Mərkəzi Bankın qəbul etdiyi yeni qaydalar olduqca yerində və zamanında atılmış addımdır”.

Asif İbrahimov əlavə edib ki, likvidlik riskinin idarə olunması üzrə beynəlxalq təcrübədə bir sıra standartlar tətbiq olunur və Azərbaycan da bu istiqamətdə uyğunlaşdırılmış addımlar atır:

“Əsas məqsəd ondan ibarətdir ki, əgər hər hansı bankda problem yaranarsa, onun aktivləri bazarda tezliklə, dəyər itirmədən realizə edilə bilsin. Əmanətçilərin hüquqlarının qorunması, maliyyə sabitliyi və sistemin davamlılığı bu tip yanaşmalardan keçir.

Bu baxımdan, bankların yüksək keyfiyyətli likvid aktivlər portfelini genişləndirməsi, likvidliyin örtülmə əmsalının mərhələli tətbiqi mühüm tənzimləmə alətidir".

Qeyd edək ki, yeni tələblər 2025-ci il avqustun 1-dən qüvvəyə minəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://news24.az
archiveBu xəbər 03 Avqust 2025 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see484

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see372

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see326

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see307

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see293

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see270

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see261

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see251

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see241

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see235

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see231

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see227

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see222

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see215

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see213

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see206

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see203

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see200

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see186

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri