Icma.az
close
up
RU
Banklar qəpiyə belə faiz hesablayır, bəs unutduğumuz pullar hara gedir?

Banklar qəpiyə belə faiz hesablayır, bəs unutduğumuz pullar hara gedir?

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Vətəndaşın unutduğu pul bankın qazancı demək deyil. Vətəndaşın maliyyə savadsızlığı və hesablarına nəzarət etməməsi bank üçün gəlir mənbəyinə, özü üçün isə gözlənilməz  depozit və ya kredit qalıq  tarixçəsi probleminə çevrilməməlidir”.

Bu fikirləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı Bella Bəşirova bildirib.

Onun sözlərinə görə, bank sistemində uzun müddət hərəkətsiz qalan hesablardakı kiçik məbləğlər (əməkhaqqı kartları, elektron pul kisələri və s.) yalnız texniki detal deyil, maliyyə şəffaflığı və istehlakçı hüquqları baxımından mühüm məsələdir: Onlayn mağaza

“Bankların kredit gecikmələrində ən kiçik qəpiyə belə faiz hesablayıb tələb etdiyi halda, vətəndaşın şəxsi qalığını xatırlatmaması, əksinə, xidmət haqları hesablayaraq hesabı borca (mənfi balansa) salması iqtisadi ədalət prinsipinə ziddir. İstər 5, istərsə də 500 manat olsun, məbləğin azlığı vətəndaşın mülkiyyət hüququnu aradan qaldırmır. Hərəkətsiz vəsaitlər bankın gəliri kimi deyil, ayrıca qorunan uçot mexanizmində saxlanılmalı və bu pulların ümumi həcmi ilə bağlı rəsmi, şəffaf statistika açıqlanmalıdır”.

Ekspert qeyd edib ki, digər ciddi problem istifadə edilməyən kartlara hesablanan illik xidmət haqqı və SMS komissiyaları nəticəsində vətəndaşın xəbəri olmadan borcun yaranmasıdır:

“Bu cür kiçik texniki borclar avtomatik olaraq kredit bürosuna ötürülməməli, vətəndaşın kredit tarixçəsini zədələyərək onun gələcəkdə mənzil, avtomobil və ya biznes krediti almasına mane olmamalıdır. Banklar bu halları daxili hesablaşma kimi tənzimləməli və müştərini vaxtında məlumatlandırmalıdır.

Mövcud vəziyyəti tənzimləmək üçün vahid rəqəmsal məlumatlandırma platforması yaradılmalı, hər bir vətəndaş bütün aktiv və hərəkətsiz hesablarını bir yerdən görə bilməlidir. Eyni zamanda, hərəkətsiz hesablardan əsassız xidmət haqlarının tutulması dayandırılmalı, vəfat etmiş şəxslərin bank hesabları və elektron pul kisələrindəki vəsaitlərin (“rəqəmsal miras”) varislər tərəfindən aşkarlanması və alınması prosedurları sadələşdirilməlidir.

Vətəndaşlar da öz növbəsində ildə ən azı bir dəfə hesablarını və qanunvericiliklə nəzərdə tutulmuş ödənişsiz kredit hesabatlarını yoxlamalıdırlar. Müasir bankçılıq və rəqəmsallaşma vətəndaşın məlumatsızlığından qazanc əldə etməyə deyil, onun həyatını asanlaşdırmağa və hüquqlarını qorumağa xidmət etməlidir; çünki vətəndaşın bankda unutduğu 10 manat da məhz onun öz puludur”.

Cəlalə Cəlalqızı 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 18 Noyabr 2026 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see361

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see332

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see326

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see270

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see257

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see248

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see236

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see232

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see229

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see225

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see222

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see220

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see216

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see203

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see194

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see186

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see185

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see177

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see177

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri