Icma.az
close
up
RU
Banklarda DAHA BİR YENİLİK Əhali üçün nə dəyişəcək?

Banklarda DAHA BİR YENİLİK Əhali üçün nə dəyişəcək?

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda bank və digər maliyyə qurumlarında hesab açılması prosesi ilə bağlı mühüm yenilik qüvvəyə minib. Mərkəzi Bankı sədri Taleh Kazımov tərəfindən təsdiqlənən yeni qaydaya əsasən, 30 mart 2026-cı ildən etibarən vətəndaşlar artıq maliyyə qurumlarında hesabları məsafədən, yəni fiziki olaraq banka getmədən aça biləcəklər.

Vətəndaş evində oturaraq identifikasiyadan keçib “müştərini tanı” qaydalarına əməl etməklə prosesi məsafədən həll edə biləcək.

Turkustan.az xəbər verir ki, iqtisadçı Vüsalə Əhmədova Musavat.com-a şərhində bildirib ki, bu qərarı Azərbaycanda bank sektorunu ənənəvi filial bankçılığından rəqəmsal bankçılığa doğru sürətlə aparan əsas addımlardan biri hesab etmək olar: “Yeni qaydalara əsasən görünən odur ki, vətəndaşların artıq bank filialına getmədən onlayn formada və ya mobil tətbiq vasitəsilə bank hesabları, depozit hesabı və ya investisiya hesabı açmaları mümkün olacaq. Azərbaycanda hesabların məsafədən açılmasına icazə verilməsinin maliyyə sektorunda ciddi dəyişikliklər yarada biləcəyini düşünürəm. Bu yeniliyin həm vətəndaşlar, həm də bank sektoru üçün mühüm üstünlükləri var. İlk növbədə, bu dəyişikliklər bank xidmətlərini daha sürətli və əlçatan edəcək. Artıq banka getmək, növbə gözləmək lazım olmayacaq. Telefon və ya kompüter vasitəsilə bir neçə dəqiqəyə hesab açmaq mümkün olacaq. Xüsusilə, regionlarda yaşayan insanların və ya xaricdə olan vətəndaşlarımızın hesab açması xeyli asanlaşacaq. Məsələn, bank filialı olmayan və ya az olan bölgələrdə yaşayan insanlar rahat şəkildə bank xidmətlərindən istifadə edə biləcəklər. Eləcə də xaricdə olan vətəndaşlarımız Azərbaycanda bank hesabı açmaq üçün ölkəyə gəlməyə məcbur olmayacaqlar. Beləliklə, bank müştərilərinin sayında xeyli artım olacağını düşünürəm”.

Ekspertin qənaətincə, əgər proses tam rəqəmsal işləsə, xaricdə yaşayan azərbaycanlılar və ya ölkədə biznes qurmaq istəyən xarici şəxslər daha rahat bir çox bank xidmətlərindən istifadə edə biləcəklər: “Bu da ölkənin maliyyə sisteminə əlavə kapital gətirə bilər. Həmçinin, bu yenilikdən sonra Azərbaycanda filialsız bank modelləri və ya demək olar ki, tam rəqəmsal bankçılıq ortaya çıxa bilər. Məsələn, əgər hesab açmaq, eləcə də bir çox xidmət onlayn olacaqsa, bəzi filiallara ehtiyac qalmaya bilər. Çox sayda filialın açılmasına ehtiyac olmayacağı üçün filialların saxlanması, işçi sayı və digər əməliyyat xərcləri azalacaq. Bu proses artıq bir çox ölkədə baş verib. Dünyada bir çox bank var ki, demək olar bütün xidmətlərini mobil tətbiq üzərindən təqdim edir. Ayrıca, bu dəyişiklik fintech startaplarının inkişafını sürətləndirə bilər. Rəqəmsal identifikasiya sistemləri açıq olduqca fintech şirkətləri daha rahat fəaliyyət göstərə biləcəklər. Məsələn, dünyada "Stripe" və "Wise" kimi məşhur fintech nümunələri mövcuddur. Bu platformalar bank xidmətlərini daha sürətli edir, lakin komissiyaları kifayət qədər aşağı olur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 01 Aprel 2026 23:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see293

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see282

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see279

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see274

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see274

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see269

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see260

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see259

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see253

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see252

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see234

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see229

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see228

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see228

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see225

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see222

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see217

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see216

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see213

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri