Icma.az
close
up
RU
Banklarda kredit borcumuz buna görə azalmır “Annuitet metod”u nədir?

Banklarda kredit borcumuz buna görə azalmır “Annuitet metod”u nədir?

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

"Bank nə üçün əvvəlcə faizləri yığır? Hər ay kredit ödəyirəm, amma əsas borcum niyə azalmır? Bu, kredit götürənlərin və medianın çox verdiyi suallardan biridir. Hazırda kredit müqavilələrinin çoxunda belə mənzərə müşahidə olunur. Müştəri hər ay müəyyən miqdar kredit ödəyir, lakin iki il sonra da əsas borc demək olar ki, ciddi dəyişmir. Çünki ilkin mərhələdə ödəmələrin böyük hissəsi faizlərə yönəlir".

Redaktor.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O, bildirib ki, tətbiq edilən bu kredit ödənişi üsulunun adı “Annuitet metod”dur və bu metod banklar tərəfindən ən çox istifadə edilən gəlir optimallaşdırma alətidir:

"Bu metodun əsas xüsusiyyəti ondan ibarətdir ki, aylıq ödənişlər sabit olur, lakin bu sabit məbləğin içində faizin və əsas borcun payı zamanla dəyişir. İlk aylarda bu sabit məbləğin çox böyük hissəsi faiz olur, əsas borc isə minimal miqdarda azalır. Zaman keçdikcə faiz yükü azalır, əsas borcun payı artır. Səbəb sadədir: faiz kreditin qalıq məbləği üzərindən hesablanır və kreditin əvvəlində bu məbləğ ən yüksək həddə olur. Məsələn, 5 illik kreditin ilk 18 ayında, ümumi ödənişlərin 60–70%-i faizlərə gedə bilər.

Bu metod bankların sevimli metodudur. Çünki bankın riskini başlanğıcda minimuma endirir. Müştəri kreditin ilk illərində əsas borcu az, faizi isə yüksək ödədiyi üçün bank ilkin dövrdə maksimum gəlir əldə edir. Kredit vaxtından əvvəl bağlansa belə, bank artıq əsas gəliri yığmış olur, Beləliklə, gecikmə və ya defolt riski yarananda belə bank artıq faiz payını çıxarmış olur.

Bəs müştəriyə təqdim etmək üçün alternativ metodlar mövcuddurmu? Bəli!

Ən çox alternativ metod kimi istifadə edilə bilən, amma bank üçün əlverişli olmayan metod “differsial metod”dur. Bu metodda əsas borc aylar üzrə bərabər hissələrə bölünür. Faiz isə qalan əsas məbləğə tətbiq olunur, Buna görə də əvvəlki aylarda ümumi ödənişlər yüksək olur, sonra azalır.

Bu metodda ilk aylar yük çox olsa da, müştəri ümumilikdə daha az faiz ödəyir, Bank isə gəlirini tədricən əldə etdiyi üçün qısa müddətli qazanc imkanlarını itirir. Məhz bu səbəblə diferensial metod Azərbaycanda və digər inkişaf edən ölkələrdə nadir hallarda təklif olunur. Yəni bu sadəcə bizim bankların yanaşması deyil. ABŞ, Türkiyə, Gürcüstan və s. kimi ölkələrdə çox geniş yayılıb. Amma Rusiyada differensial metod da geniş yayılıb.

Hesab edirəm ki, müştəriyə seçim imkanının verilməsi daha ədalətli olardı. Yəni kredit müqaviləsi imzalanmadan əvvəl həm annuitet, həm diferensial metodla hazırlanmış ödəniş cədvəlləri müştəriyə təqdim olunmalı, aralarındakı fərq izah edilməlidir. Hətta annuitet metodla aparılan ödənişlərdə belə kreditin erkən bağlanması zaman müştəriyə güzəşt tətbiq edilməlidir".

Vasif ƏLİHÜSEYN 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 May 2025 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Himalay dağlarında 50 dən çox insan həlak olub

15 Avqust 2025 09:55see125

Sabiq deputatdan Tibb Universitetində təhsil haqqının 2 min qaldırılmasına sərt reaksiya: Bu, kasıb istedadlı gənclərə qənim kəsilməkdir

14 Avqust 2025 15:19see122

İstanbul, Ankara, İzmir... Türkiyənin üç böyük şəhəri içməli su təhlükəsiylə üz üzə

15 Avqust 2025 12:46see121

Naxçıvanda AĞIR QƏZA Ölənlər var

15 Avqust 2025 00:49see121

Sağlam qaraciyər və bağırsağın sirri açıldı...

14 Avqust 2025 19:45see120

Banklar kartların keşbek faizlərini AZALDIR SƏBƏB

14 Avqust 2025 12:31see119

Qarabağ ın oyunundakı maskotla bağlı RƏSMİ AÇIQLAMA

14 Avqust 2025 16:33see119

Mən niyə sülh istəyirəm?!

14 Avqust 2025 18:18see118

Tramp dünyada sülh üçün hərbi bazaya gedir

15 Avqust 2025 04:20see118

Exeed yeni Exlantix E05 krossoverini debüt etməyə hazırlaşır

14 Avqust 2025 23:37see118

Naxçıvanda sənaye istehsalı 14 % artıb

14 Avqust 2025 09:33see118

Formula 1 də məktəblər bağlanacaq? RƏSMİ

14 Avqust 2025 13:49see117

Sabiq Qalatasaray lı yenidən Türkiyədə

14 Avqust 2025 20:14see116

Tanınmış rusiyalı bloqerə 100 milyon cərimə və səkkiz illik həbs

14 Avqust 2025 16:22see116

La Liqadan A Seriyasına

15 Avqust 2025 15:34see115

Həyat yoldaşına görə sənəti tərk edən, harada yaşadığı bilinməyən Hicran Mehbalıyeva O, kimin tələbi ilə baş rola dəvət olundu?

14 Avqust 2025 20:26see115

Britaniya Ukraynaya hərbi qüvvələri yerləşdirmək planından imtina edir

14 Avqust 2025 08:03see115

Qayalıq ərazilərdə hava çox tez tez dəyişir, EHTİYATLI OLUN!

15 Avqust 2025 17:59see114

Tramp Alyaskadan əvvəl yeni açıqlama verib...

15 Avqust 2025 18:06see113

Belə olsa, Tramp zəif lider kimi görünəcək Herbst

15 Avqust 2025 17:11see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri