Icma.az
close
up
RU
Bankların biznes kreditlərinə marağı artıb

Bankların biznes kreditlərinə marağı artıb

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda bankların biznes kreditləri portfelinin həcmi 15 milyard 143,7 milyon manat təşkil edib. Biznes kreditləri portfeli son bir il ərzində (illik müqayisədə) 1 milyard 268,9 milyon manat və ya 9,1 faiz artıb. Portfel ötən ilin sonu ilə müqayisədə isə 356,5 milyon manat və ya 2,4 faiz böyüyüb. Aylıq artım isə 43,7 milyon manat və ya 0,3 faiz təşkil edib. Qeyd edək ki, iyunun 1-nə biznes kreditləri portfeli 15 milyard 100 milyon manat, ötən ilin sonunda 14 milyard 787,2 milyon manat, ötən ilin eyni dövründə isə 13 milyard 874,8 milyon manat təşkil edib.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Bu sahələrdə kreditlərə daha çox tələbat var"

Maliyyə və bank məsələləri üzrə ekspert Emin Kərimov bildirdi ki, biznes kreditlərinin artması çox müsbət tendensiyadır: "Deməli biznes mühitində müsbət dəyişikliklər var. Bu həm ölkədə biznes mühitinin inkişafında, həm də banklarda biznes kreditlərinin verilməsində təkmilləşmələrin aparılmasının bariz nümunəsidir. Kreditlərin artım tempi ölkədə iqtisadi fəallığın artması deməkdir. Çünki sahələr üzrə rəqabətin güclənməsi, yeni tendensiyaların ölkəyə gətirilməsi, yerli bazara uyğun biznesin inkişaf etdirilməsi biznesə olan tələbatın güclənməsi ilə izah olunur".

E.Kərimovun fikrincə, biznes kreditlərindəki artım istehsal və xidmət sektorunda kreditlərə daha çox tələbat olduğunu göstərir: "Nəzərə alsaq ki, biznes kreditlərində inkişaf tempi daha yüksəkdir. Bu da o deməkdir ki, ölkədə biznes mühitinin stimullaşdırılması eyni zamanda gəlirli sahə olduğunu göstərən işlər görülür. Həm dövlət tərəfindən dəstəyin verilməsi, eyni zamanda özəl sektorda sağlam rəqabətin güclənməsi biznes kreditlərinə tələbi artırır. İstehsal və xidmət sahəsi biznes kreditlərindən daha çox istifadə edir".

"2025-2026-cı illərdə biznes kreditləri daha da artacaq"

Ekspert banklar üçün biznes kreditlərinin mənfi və müsbət tərəflərindən də danışdı: "Bazarda özünü tutmuş biznes subyektləri ilə işləmək banklar üçün də faydalıdır. Bu şəxslərin müştəri seqmenti olduğu üçün onlara kredit vermək daha az risklidir. Banklar bu biznes subyektlərinə kredit verməkdə daha maraqlıdır. Amma biznes başlayan və ya iflasa gedəndirsə, burada risklər mövcuddur. Həmçinin biznes kənar amillər nəticəsində zəifləyə və çökə bilər. Bu risklər həmişə mövcud olacaq. Çünki həm biznes, həm də banklar xarici amillərin təsirindən asılıdır".

E.Kərimov qeyd etdi ki, 2025-2026-cı illərdə biznes kreditlərinin daha da artacağı gözlənilir: "Çünki inflyasiya tənzimlənir. Ölkəmizin beynəlxalq nüfuzunun artması, eyni zamanda Zəngəzur dəhlizinin açılması ilə əlaqədar logistika xidmətlərinin, yük daşımaların həcminin artması biznes mühitinə də müsbət təsirini göstərəcək".

"Alternativ maliyyə mənbələri inkişaf etdirilməlidir"

"İqtisadi Resursların Öyrənilməsi Mərkəzi" İctimai Birliyinin sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev isə düşünür ki, sahibkarların biznes kreditindən başqa müraciət edəcəyi vasitə yoxdur: "Azərbaycanda bizneslərin əsas maliyyə mənbəyi bankların verdiyi vəsaitlərdir. Mikro sahibkarlıq subyektlərinin 45 faizindən çoxu maliyyə tələblərini ödəmək üçün banklara müraciət edirlər. Son dövrlər banklar tərəfindən verilən vəsaitlərin biznes üçün əsas maliyyələşmə mənbəyi olması bir neçə səbəbdən irəli gəlir. Çünki maliyyə bazarı gözlənilən şəkildə inkişaf etməyib. Xüsusən də qiymətli kağızlar bazarı. Bizneslər bundan vəsaitlərinin genişlənməsi üçün istifadə etmir. Həmçinin alternativ maliyyə alətləri var. Qanunvericiliyin tələblərinin uyğun olmaması və çeşidlərin azlığı səbəbindən bəhrələnə bilmirlər. Ona görə də bankların verdiyi kredit əsas maliyyə mənbəyi sayılır".

R.Atakişiyevin sözlərinə görə, artımın səbəbi biznes kreditləri ilə bağlı bir sıra dövlət tədbirlərinin həyata keçirilməsidir: "Xüsusən də Şərqi Zəngəzur, Qarabağ zonasında aşağı həcmli vəsaitlərin götürülməsi ilə bağlı dövlət zəmanətinin verilməsinin həcminin artırılması, kredit vəsaitlərində faiz dərəcələrinin subsidiyalaşması, dövlət mənbələri hesabına vəsaitlərin verilməsi zamanı kredit faizlərinin aşağı olması, girovsuz vəsaitlərin verilməsinin həcminin genişlənməsi biznes kreditlərini artırıb. Amma hər bir halda alternativ maliyyə mənbələri inkişaf etdirilməlidir. Xüsusən də vergi kapitalı, İslam bankçılığı, qiymətli kağızlar bazarının inkişafına ehtiyac var ki, sahibkarlıq subyektləri təkcə bank kreditlərindən yox, digər vasitələrdən də istifadə edə bilsin".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 Sentyabr 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see347

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see284

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see236

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see234

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see195

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see192

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see190

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see177

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see175

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see173

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see164

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see161

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see156

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see156

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see153

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see151

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see146

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see140

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri