Icma.az
close
up
RU
Bankların daxili resursları hesabına təqdim etdiyi ipoteka kreditlərinin faizləri niyə artır?

Bankların daxili resursları hesabına təqdim etdiyi ipoteka kreditlərinin faizləri niyə artır?

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Mərkəzi Bankının (AMB) "Maliyyə Sabitliyi Hesabatı"nda qeyd olunub ki, son dövrlərdə dövlət xətti ilə verilən ipoteka kreditləri üzrə illik faiz dərəcələri stabil qalsa da, bankların daxili resursları hesabına təqdim etdiyi ipoteka kreditlərinin faizləri artmaqda davam edir. Sənədə əsasən, məhz bu kreditlərin ümumi ipoteka portfelində çəkisinin artması orta faiz dərəcələrinin yüksəlməsinə səbəb olub. Bankların daxili resursları hesabına verilən ipoteka kreditləri üzrə faiz dərəcələrinin artmasının əsas səbəbləri nədir?

Sözügedən məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov bildirib ki, bankların daxili resursları hesabına verdiyi ipoteka kreditləri üzrə faiz dərəcələrinin artması dövlət xətti ilə verilən ipoteka kreditlərinin faizlərinə təsir etmir:

"Bu faizlər qanunvericiliklə müəyyənləşdirilir və banklar həmin dərəcəni aşmaq səlahiyyətinə malik deyillər, çünki bu kreditlər dövlət tərəfindən verilən güzəştli maliyyə alətləridir".

Ekspertin sözlərinə görə, bankların daxili vəsaitləri hesabına təqdim etdiyi ipoteka kreditləri üzrə faizlərin artmasının iki əsas səbəbi var:

"Birinci səbəb ondan ibarətdir ki, bankların bu vəsaitləri cəlb etməsi əvvəlki qədər ucuz başa gəlmir - yəni vəsait bahalaşıb. Əmanətlər üzrə faizlər artdığı üçün banklar həm milli, həm də xarici valyutada vəsaiti daha yüksək faizlə cəlb edirlər. Bu da təbii olaraq kredit faizlərinə təsir göstərir. İkinci səbəb isə kredit risklərinin artması ilə bağlıdır. Kredit riski dedikdə kreditin qaytarılmaması və ya qaytarılmasında problemlərin yaranması nəzərdə tutulur. Banklar bu riski kompensasiya etmək üçün kredit faizlərini artırmağa məcbur qalırlar. Çünki qiymət artımı insanların gündəlik xərclərini artırır və bu da ödəniş gecikmələri üçün zəmin yaradır".

Əkrəm Həsənov əlavə edib ki, insanlarda devalvasiya gözləntisi də mövcuddur və bu da bankların kredit siyasətinə təsir edən amillər sırasındadır:

"Düzdür, yaxın bir il ərzində devalvasiya olacağını düşünmürəm və heç kəsə bu ehtimala əsaslanaraq hərəkət etməyi tövsiyə etmirəm. Çünki mexanizm belədir ki, devalvasiyaya qədər insanlar faiz ödəməyə davam edəcəklər, lakin üç-beş il ərzində devalvasiya olacağını düşünən bəzi şəxslər ipoteka krediti adı altında kredit götürüb həmin vəsaitlə dollar ala və devalvasiyanı gözləyə bilərlər. Banklar isə anlayırlar ki, kreditin qaytarılmasına qədər devalvasiya baş verə bilər. Buna görə də faizləri qaldırırlar ki, bu kimi halların qarşısı alınsın. 2015-ci il devalvasiyası zamanı da bu cür hallar müşahidə olunmuşdu - 2014-cü ildən devalvasiya ilə bağlı proqnozlar səsləndirilirdi və bu məlumatdan istifadə edənlər olmuşdu".

Aləmdə Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 Aprel 2025 22:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see200

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see197

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see154

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri