Bankların nağdlaşdırma limitinə kim nəzarət edir? RƏSMİ AÇIQLAMA
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Müasir bank sistemi vətəndaşların maliyyə əməliyyatlarını daha təhlükəsiz, sürətli və şəffaf şəkildə həyata keçirməsi üçün formalaşdırılıb. Nağdsız ödənişlərin təşviqi, rəqəmsal bankçılığın inkişafı və maliyyə nəzarət mexanizmlərinin gücləndirilməsi bu sahədə əsas prioritetlərdən hesab olunur. Bununla yanaşı, bank xidmətlərindən istifadə edən müştərilər üçün nağdlaşdırma limitləri, komissiya haqları və digər məhdudiyyətlər gündəlik maliyyə davranışına birbaşa təsir edən amillər sırasındadır.
Avtosfer.az xəbər verir ki, xüsusilə son dövrlərdə bankların tətbiq etdiyi nağdlaşdırma limitləri ilə bağlı müzakirələr daha da aktuallaşıb. Müştərilər fərqli banklarda müxtəlif məbləğlər üzrə limitlərin tətbiq olunduğunu, bəzi hallarda isə əlavə xidmət haqlarının tutulduğunu bildirirlər. Bu isə cəmiyyətdə suallar doğurur. Bu cür məhdudiyyətlər bankların daxili siyasətinin nəticəsidir, yoxsa Azərbaycan Mərkəzi Bankı kimi tənzimləyici qurumların müəyyən etdiyi qaydalardan irəli gəlir?
Eyni zamanda, beynəlxalq təcrübə ilə müqayisədə bu siyasətlərin nə dərəcədə fərqləndiyi də maraq doğuran məqamlardandır. Avropa ölkələrində fəaliyyət göstərən bankların bu sahədə yanaşması, müştəri hüquqlarının qorunması və xidmət haqlarının şəffaflığı ilə bağlı tətbiq edilən mexanizmlər tez-tez müzakirə olunur. Bütün bu məsələlər fonunda bank xidmətlərində tətbiq olunan limit və tutulmaların mahiyyəti, onların əsaslandırılması və müştəri maraqlarına təsiri geniş ictimai müzakirə mövzusuna çevrilib.
Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Avtosfer.az-a açıqlamasında bildirib ki, Avropanın bəzi ölkələrində nağdlaşdırmaya müəyyən limitlər tətbiq olunur və bəzi hallarda bu məhdudiyyətlər daha sərt xarakter daşıyır:
“Azərbaycan da müəyyən mənada bu istiqamətdə addımlar atır. Problem isə ondadır ki, Avropa Birliyi ölkələrində vətəndaşları məhdudlaşdıran bəzi qaydalar olduğu kimi götürülərək tətbiq edilir. Ümumilikdə, nağdlaşdırma limitlərinin tətbiqi bir çox ölkələrdə mövcuddur və Avropanın bəzi dövlətlərində bu qaydalar daha sərt formada həyata keçirilir. Bu baxımdan hesab edilir ki, Azərbaycan bu sahədə yalnız Avropa təcrübəsinə deyil, həm də Türkiyə və Gürcüstan kimi ölkələrin təcrübəsinə diqqət yetirsə, daha balanslı yanaşma ortaya qoyula bilər. Bu ölkələrdə nağdlaşdırma limitləri nisbətən daha yüksəkdir və vətəndaşlar üçün daha əlçatan hesab olunur”.
İctimaiyyəti maraqlandıran məsələlərdən biri isə, bankların nağdlaşdırma limitinin kim tərəfindən təyin edilməsi və bu məbləğlərə kimin nəzarət etməsidir. Mövzu ilə bağlı Azərbaycan Mərkəzi Bankına müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, müştərilərin hesablarından vəsaitlərin nağd məxarici ilə bağlı limitlər bankların daxili prosesurları ilə müəyyən edilir.
Nurcan Babək
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 02 Aprel 2026 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















