Icma.az
close
up
RU
“Bankların üzərindən qanunvericilik qaydasında öhdəlik qoymalıyıq”

“Bankların üzərindən qanunvericilik qaydasında öhdəlik qoymalıyıq”

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qüdrət Həsənquliyev: “Vətəndaşlar məlumatlandırılmalıdır”

“Vergi Məcəlləsində edilən əlavə və dəyişikliklərlə bağlı onu qeyd etmək istəyirəm ki, əlbəttə, şəffaflığın artırılması son dərəcədə önəmlidir. Hazırda dövlətimizin maliyyə vəsaitlərinə böyük ehtiyacı var. Belə bir şəraitdə, mən doğru hesab eləmirəm ki, Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi ilə əlaqədar olaraq hansısa şirkəti yaxud şirkətlər qrupunu gəlir vergilərindən, yaxud mənfəət vergisindən azad eləyək”.
Xalqcəbhəsi.az xəbər verri ki, bu fikirləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Banklar haqqında” və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib: “Əvvəla, bizim qanunvericiliyə görə, ümumiyyətlə qanunları digər normativ hüquqi aktlardan fərqləndirən əsas cəhət odur ki, o dəfələrlə tətbiq üçün nəzərdə tutulur. İndi belə çıxır ki, biz bir tədbirin keçirilməsi ilə bağlı qanuna bu düzəlişləri edirik, tədbir başa çatdıqdan sonra təzədən onu qanundan çıxarmalıyıq. Onsuz da 2026-cı ildə ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsi üçün kifayət qədər böyük məbləğdə-265 milyon manat vəsaitdən ayrılıb. Əgər bu şirkətlər üçün hansısa imtiyazlar nəzərdə tutmaq istəyiriksə ki, onlar daha çox pul qazansınlar, onun başqa yollarını tapmaq olardı. Amma qanunvericiliyə bu formada yanaşmağı mən düzgün saymıram.
Həm də bizə məlumat verilmədi ki, təqribən hansı malların ölkəyə gətirilməsindən söhbət gedir və bu vergidən azad olunandan sonra, onun üzərində nəzarət mexanizmi hansı formad təşkil olunacaq ki, lazım olan qədər mallar gətirildi, yoxsa artıq mallar gətirildi? Ödənilməli olan vəsaitdən nə qədərini onlara güzəşt eləyirik? Bu barədə növbəti, ikinci oxunuşda bizə geniş məlumat verilsə hesab edirəm həm də doğru olardı. Amma ümumiyyətlə mən qanunlara bu formada əlavə və düzəlişlərin edilməsini doğru saymıram və hesab eləyirəm ki, biz bunu mütləq gələcəkdə nəzərə almalıyıq.
Millət vəkili əlavə edib: “Toxunmaq istədiyim ikinci məsələ "Banklar haqqında" qanundur. 41-ci maddədə biz bank sirləri barədə danışırıq.
Bu günlərdə Baş Prokurorluq tərəfindən də belə məlumat yayıldı ki, kibertalana məruz qalma riskləri böyükdür və insanlar son dərəcə ehtiyatlı olmalıdır. Amma bu ehtiyatlılığın özünü nədə ehtiva etməsi barədə ictimaiyyətə geniş məlumat verilmir və çox təəssüf ki, banklar da bu istiqamətdə heç bir addım atmırlar.
Mən özüm də bank hesabı açmışam və heç vaxt demirlər ki, "bax, siz kibercinayətkarlığın qurbanı ola bilərsiniz, bu kimi addımlar atılsın".
Hər halda insanlar bank hesabı açanda onlara bukletlər paylanıla bilər. İndi mətbuatı hamı izləyə bilmir, hər adam bu barədə məlumatlı deyil.
Çox təəssüf ki, o cinayətkarlar adi dələduzlar deyillər. Onların içərisində hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşları, bank işçiləri var və bank əməliyyatlarını çox dəqiq bilirlər; insanları necə aldatmaq olar, o barədə çox məlumatlıdırlar. Bəzi təhlükəsizlik orqanlarının əməkdaşları var və bunlar hətta, məndə olan məlumatlara görə, bizə dost olan, kömək elədiyimiz ölkələr üzərindən belə bu işlər görülür və həmin ölkələrin xüsusi xidmət orqanlarının da bu işlərdə əli var. Ona görə də çox sayda vətəndaşlarımız bu cinayətlərin qurbanı olurlar, vətəndaşları aldadırlar. Bir çox banklar isə öz vəzifələrini ümumiyyətlə vicdansızcasına yerinə yetirirlər. Bu yaxınlarda bir hadisənin şahidi oldum: Vətəndaşı aldadaraq bir neçə banka pul ödətdirirlər. Məsələn, bankların biri çox vicdanlı davranaraq həmin vəsaiti dərhal xarici ölkəyə dərhal köçürmür, digəri isə dərhal köçürür. Halbuki biz “Cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə” haqqında qanun qəbul eləmişdik və orada qeyd eləmişdik ki, 20.000 manatdan artıq vəsaitlərlə bağlı əməliyyatlar keçirilirsə, müvafiq orqanlar, maliyyə monitorinqinə nəzarət keçirən orqanlar buna nəzarət eləməlidir.
Ona görə də hesab edirəm ki, biz bank haqqında qanuna dəyişiklik etməliyik və orada bankların üzərindən qanunvericilik qaydasında öhdəlik qoymalıyıq ki, onlar bu barədə vətəndaşları məlumatlandırsınlar və hansı hallarda vətəndaşın nə etməsi ilə bağlı ona öncədən bu barədə məlumat verilsin”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 02 Fevral 2026 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see616

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see251

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see230

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see227

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see208

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see205

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see186

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see183

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see166

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see163

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see152

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see144

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see141

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see139

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri