Icma.az
close
up
RU
“Azərbaycan Mədəniyyəti 2040” Konsepsiyasının konstitusion əsasları və insan hüquqlarının inkişafı ŞƏRH

“Azərbaycan Mədəniyyəti 2040” Konsepsiyasının konstitusion əsasları və insan hüquqlarının inkişafı ŞƏRH

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 2 fevral, AZƏRTAC

Müasir beynəlxalq və milli hüquq doktrinasında mədəniyyət anlayışı yalnız estetik və etnoqrafik anlayış kimi deyil, insan şəxsiyyətinin formalaşması və insan hüquqlarının reallaşmasında mühüm istiqamət kimi qəbul edilir. İnkişaf prinsipi insan hüquqlarının universallığı çərçivəsində mədəni hüquqların da əsas nəsillərdən biri kimi inkişafını tələb edir. BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş sənədlər insan hüquqlarının inkişafını dövlətlərin öhdəliyi kimi müəyyən edir. Bu baxımdan 1986-cı ildə qəbul edilmiş İnkişafa olan hüquq haqqında Bəyannamə xüsusi əhəmiyyət daşıyır. Mədəniyyət sahəsində inkişaf istiqamətlərini müəyyən edən Mədəniyyət Konsepsiyası insan hüquqlarının müdafiəsinə normativ və dəyər səviyyəsində təsir göstərir. Prezident İlham Əliyevin 2026-cı il 14 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimai Birliyinin İdarə Heyətinin sədr müavini, Ankara Universitetinin Xüsusi hüquq ixtisası üzrə doktorantı Nəzrin Əliyeva deyib.

Onun sözlərinə görə, Mədəniyyət Konsepsiyası ilə Azərbaycan Konstitusiyasının 12-ci maddəsində müəyyən edilmiş insan və vətəndaş hüquq və azadlıqları, eləcə də layiqli həyat səviyyəsinin təmin edilməsi arasında mühüm əlaqə mövcuddur. Konsepsiyada beynəlxalq əməkdaşlıqla bağlı müddəalar Konstitusiyanın 10-cu maddəsindən irəli gəlir və Azərbaycanın beynəlxalq hüquq prinsiplərinə əsaslanan münasibətlər qurduğunu təsdiqləyir.

“Konsepsiyanın mühüm istiqamətlərindən biri inkişaf meyillərinin müəyyən edilməsidir. Bu zaman Konstitusiyanın “Sosial inkişaf və dövlət” adlanan 16-cı maddəsinin müddəaları xüsusi əhəmiyyət daşıyır. Həmin maddəyə əsasən dövlət mədəniyyətin, təhsilin, elmin və incəsənətin inkişafına yardım göstərir və xalqın tarixi, maddi və mənəvi irsini qoruyur. Bu isə Mədəniyyət Konsepsiyasının konstitusion əsaslara söykəndiyini göstərir.

İnsan hüquqlarının bilavasitə müdafiəsi baxımından Konsepsiyada əks olunan normalar Konstitusiyanın “Əsas hüquqlar, azadlıqlar və vəzifələr” bölməsi ilə uyğunluq təşkil edir. Burada mədəni hüquqlar beynəlxalq hüquqi standartlara uyğun şəkildə təsbit olunub. Xüsusilə “Mədəniyyət hüququ”, “Təhsil hüququ” və “Tarix və mədəniyyət abidələrinin qorunması” ilə bağlı maddələr qeyd edilməlidir. Bu hüquqlar insanın mədəni kimliyini qoruyur və cəmiyyətin mədəni həyatında iştirakını təmin edir. Beləliklə, Mədəniyyət Konsepsiyası konstitusion-hüquqi əsaslara malik olmaqla dövlətin beynəlxalq əməkdaşlıq siyasətinin inkişafına xidmət edir. Bu baxımdan Konsepsiyada Azərbaycan mədəniyyətinin beynəlxalq mədəni mübadilədə iştirakının genişləndirilməsi əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib”, - deyə N.Əliyeva əlavə edib.

Hüquqşünas qeyd edib ki, konsepsiyada, həmçinin insan hüquqları ilə mədəniyyətin qarşılıqlı əlaqəsi xüsusi vurğulanır. Azərbaycanın mədəni dəyərlərinə milli-mənəvi dəyərlər, tolerantlıq, Azərbaycan dili, fərdilik, əlçatanlıq, tarixi şüur, dövlətçilik, hüququn aliliyi, ədalətlilik, bərabərlik, azadlıq və digər ümumbəşəri dəyərlər aid edilir. Qeyd olunan dəyərlər insan hüquqlarının ümumqəbuledilmiş prinsipləri ilə tam uzlaşır və onların dövlətdaxili realizəsi üçün geniş imkanlar yaradır.

“Konsepsiyanın mühüm istiqamətlərindən biri mərhələlərin və proqnozların müəyyən edilməsidir. Belə ki, sənədin həyata keçirilməsi üç mərhələdə nəzərdə tutulur: 2026-2030, 2031-2035 və 2036-2040-cı illər. Konsepsiya çərçivəsində mədəni hüquqlarla bağlı bir sıra dövlət proqramlarının hazırlanması planlaşdırılır. Bunlara Azərbaycan dilinin və ədəbiyyatının inkişafı, eləcə də mədəni və təbii irsin qorunması ilə bağlı dövlət proqramları daxildir. Sənədin ikinci hissəsi “Qlobal trendlər” adlanır və burada beynəlxalq normalara xüsusi diqqət yetirilir. Beynəlxalq əməkdaşlıqla bağlı müddəalar Konstitusiyanın 148-II və 151-ci maddələrinin tələblərinə uyğun olaraq daha yüksək səviyyədə realizə edilir. Mədəniyyət Konsepsiyasının üçüncü bölməsi – “Mövcud vəziyyətin təhlili” xüsusilə diqqətəlayiqdir. Burada mədəniyyət sahəsində qazanılan nailiyyətlərlə yanaşı, mövcud çağırışlar da qeyd olunur. Bu çağırışlarda insan hüquqlarının təmininə yönəlmiş mühüm məsələlər əks olunur, o cümlədən mədəniyyət sahəsində vahid dövlət siyasətinin formalaşdırılması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, ictimai iştirakçılığın genişləndirilməsi, əqli mülkiyyət hüquqlarının qorunması, vahid kommunikasiya siyasətinin həyata keçirilməsi, mədəniyyətin elm və təhsillə inteqrasiyası, yaradıcı şəxslərin rolunun artırılması, eləcə də Azərbaycan mədəniyyətinə vurulmuş zərərin beynəlxalq səviyyədə tanıdılması və kompensasiyasının tələb edilməsi daxildir”, - deyə Nəzrin Əliyeva diqqətə çatdırıb.

O bildirib ki, “Mədəni irsin qorunması ilə bağlı çağırışlar” nəticələri hesablanmış yeni idarəetmə və maliyyələşdirmə modellərinin yaradılmasını, mədəniyyət əmlakının siyahılarının yenilənməsini, abidələrin balans mənsubiyyəti, sərhədlər və mühafizə zonalarının dəqiqləşdirilməsini, eləcə də daşınar mədəni sərvətlərin yaradılması, qeydiyyatı və mühafizəsi ilə bağlı qaydaların təkmilləşdirilməsini əhatə edir. Daha sonra, “Mədəniyyət diplomatiyası ilə bağlı çağırışlar” çərçivəsində Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə təbliği, Azərbaycanın “yumşaq gücü”nün artırılması, hədəfli beynəlxalq mədəni mübadilənin aparılması, mədəniyyətlərarası dialoq üçün yeni alətlərin tətbiqi, xaricdə Azərbaycan mədəni irsinin aşkarlanması və onun mənimsənilməsinin qarşısının alınması kimi məsələlər ön plana çıxır.

“Konsepsiya vahid icra mexanizminə əsaslanır və bu baxımdan “Konsepsiyanın hədəf göstəriciləri” və “Konsepsiyanın məqsədləri” xüsusi əhəmiyyət daşıyır. Ən vacib hissələrdən biri olan “Konsepsiyanın prioritet istiqamətləri” bölməsində mədəniyyət sahəsində idarəetmənin təkmilləşdirilməsi, Azərbaycan dilinin inkişafı, davranış və bilgi mədəniyyəti, ədəbiyyat və incəsənətin inkişafı, mədəni irsin qorunması, yaradıcı sənayelər və mədəniyyət diplomatiyasının inkişafı qeyd edilir. Konsepsiyanın mühüm yeniliklərindən biri bu istiqamətlər üzrə görüləcək tədbirlərin, gözlənilən nəticə və indikatorların, eləcə də risklərin və onların neytrallaşdırılması mexanizmlərinin müəyyənləşdirilməsidir.

“Mədəni irsin qorunması və inkişafı” istiqamətində mədəni irsin cəmiyyətin tarixi yaddaşı kimi qorunması və gələcək nəsillərə ötürülməsi, davamlı fəaliyyətin təşkili və beynəlxalq mədəni mübadilənin genişləndirilməsi zəruri hesab olunur. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə mədəni irsin və arxeoloji abidələrin qorunması, vurulmuş zərərin beynəlxalq səviyyədə tanıdılması və əvəzinin ödənməsi mühüm əhəmiyyət kəsb edir”, - deyə o vurğulayıb.

Konsepsiyanın 8-ci bölməsində 2026-2030-cu illər üçün Tədbirlər Planı barədə danışan N.Əliyeva burada da qeyd olunan prioritet istiqamətlər üzrə konkret tədbirlərin nəzərdə tutulduğunu bildirib. Vurğulayıb ki, bu baxımdan “Mədəniyyət sahəsində idarəetmənin təkmilləşdirilməsi” bölməsi normativ-hüquqi bazanın inkişafı, institusional islahatlar, inklüzivlik, maliyyələşmənin optimallaşdırılması, insan kapitalının, mədəniyyət infrastrukturunun və rəqəmsal mədəniyyətin inkişafı kimi insan hüquqlarına yönələn məsələləri özündə birləşdirir. Eyni zamanda, təhsil sahəsində inkişaf meyilləri, informasiya-kommunikasiya texnologiyalarının təsiri ilə yeni nəsil hüquqların formalaşması və “Mədəniyyət hüququ” magistratura ixtisaslaşmasının təkmilləşdirilməsi xüsusi qeyd edilməlidir. Bu ixtisaslaşma mədəniyyətin hüquqi tənzimlənməsi ilə yanaşı, insan hüquqları sahəsində kadr hazırlığında mühüm rol oynayır.

“Bununla yanaşı, mədəni irs və mədəni hüquqlarla bağlı qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq mexanizmlərlə əməkdaşlıqda qeyri-hökumət təşkilatlarının rolu xüsusi əhəmiyyət daşıyır. Qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyəti institutları kimi mədəniyyət siyasəti ilə insan hüquqlarının müdafiəsi arasında əlaqələndirici rol oynayır, ictimai nəzarət və maarifləndirmə vasitəsilə bu hüquqların davamlı qorunmasına töhfə verirlər. Nəticə etibarilə, “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası mədəniyyət və insan hüquqları arasında qarşılıqlı əlaqəni gücləndirən, geniş hüquqi və institusional əsaslara malik strateji sənəd kimi qiymətləndirilə bilər”, - deyən hüquqşünas fikrini yekunlaşdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Fevral 2026 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see623

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see251

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see231

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see231

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see209

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see190

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see184

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see184

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see164

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see153

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see149

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see148

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see147

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri