BANM dosenti Qazax Ağstafa bölgəsindəki elmi praktiki seminarda əsas məruzəçi qismində çıxış edib
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 1 iyun, AZƏRTAC
“Avey” və “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruqlarının birgə təşkilatçılığı ilə Qazax-Ağstafa bölgəsində “Daşdan yaddaşa: Qazax-Ağstafa bölgəsindəki Alban abidələri, kimlik və kollektiv yaddaş” mövzusunda elmi-praktik seminar keçirilib.
Bakı Ali Neft Məktəbindən AZƏRTAC-a verilən məlumata görə, seminarın əsas məruzəçisi BANM dosenti, tarix üzrə fəlsəfə doktoru Pərvin Ahənçi olub.
Onun təqdim etdiyi “Daşdan Yaddaşa: Qazax-Ağstafa bölgəsindəki Alban Abidələri, Kimlik və Kollektiv Yaddaş” adlı təqdimatda Qazax bölgəsində yerləşən Damcılı mağarası, alban kilsə qalıqları, xaçdaşlar və yazılı kitabələrin həm maddi mədəniyyət nümunəsi, həm də kollektiv yaddaşın formalaşmasında mühüm rol oynayan simvolik məkanlar olduğu vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 01 İyun 2025 19:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















