BANM in MBA məzunu “Özbəkneftqaz”ın Biznesin İnkişafı Departamentinin rəhbəridir
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 23 may, AZƏRTAC
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) məzunları dünyanın müxtəlif ölkələrində müxtəlif mühüm vəzifələrdə fəaliyyət göstərərək, öz bilik və bacarıqlarını qlobal enerji sektoruna tətbiq etməyə davam edirlər.
BANM-in Özbəkistanda fəaliyyət göstərən məzunu Sukhrob Annamuradov (MBA, 2024-cü il məzunu) Bakı Enerji Həftəsi çərçivəsində 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgisində Prezident İlham Əliyevə SOCAR ilə “Özbəkneftqaz” Səhmdar Cəmiyyətinin birgə layihələri barədə məlumat verib. O, hazırda “Özbəkneftqaz” ASC-nin Biznesin İnkişafı Departamentinin rəhbəridir. Ölkənin energetika sektorunda strateji inkişaf layihələrini idarə edir. Onun rəhbərlik etdiyi departament ölkənin neft və qaz sənayesinin inkişafında mühüm rol oynayır, eyni zamanda, beynəlxalq əməkdaşlıq və investisiya layihələrinin uğurlu həyata keçirilməsinə böyük töhfələr verir. Sukhrob Annamuradov BANM-də qazandığı mükəmməl təhsil və praktiki bacarıqlarını Özbəkistanın enerji sektorunda tətbiq edərək, bu sahədəki inkişafı daha da irəlilətməkdədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 23 May 2025 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















